Milli Məclisdə deputatlar arasında mübahisə düşdü

11 aprel 2017
Milli Məclisdə deputatlar arasında mübahisə düşdü
"Biz bura niyə yığışmışıq?"

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Azərbaycanda bələdiyyələrin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyestrindən ödənişsiz əldə edə bilmələri ilə bağlı məsələ müzakirə edilib.
Toplantıda komitə sədri Arif Rəhimzadə ilə deputat Fəzail İbrahimli arasında mübahisə düşüb.
F. İbrahimlinin replikası komitə sədrinin iradına səbəb olub, nəticədə mübahisə yaranıb.

F. İbrahimli əvvəlcə A. Rəhimzadənin müzakirə olunan məsələni tələsik təqdim etdiyini deyib: “Biz bura niyə yığışmışıq? Hər şey belə hazır gəlib və qəbul olunursa, o zaman bizim burda nəsə deməyimizin heç bir mənası yoxdur. Biz deputatların dediyi onsuz da nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?”

Onunla razılaşmayan A. Rəhimzadə deputata irad tutub. “Biz bura “ştamp vurmağa” yığışmamışıq. Fikirlərimiz lazımdır və onun üçün yığışmışıq”.

Komitə sədrinin sözünü kəsən F. İbrahimli yenidən hazırkı vəziyyətdə onların çıxışının əhəmiyyətsiz olduğunu bildirib: “Onsuz da siz nə deyirsiniz, biz də “baş üstdə” deyirik”.

Komitə sədri deputatın replikasına narazılığını bildirərək, sözünü kəsib.
Xəbəriniz olsun

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

24.05.2018 - Paşinyan general Movses Akopyanı qovdu

24.05.2018 - Azərbaycanlıların vizasız gedə biləcəkləri ölkələr - SİYAHI

24.05.2018 - Gəncə Dövlət Universitetində məzun günü- FOTO

23.05.2018 - Evin tək oğlu əsgər getməlidir?- Rəsmi açıqlama

23.05.2018 - “Kapital” bankın bakomatlarında manat müəamması – Soyğundan sonra…

Facebook