Hərbi qulluqçuların pul təminatı belə müəyyənləşəcək

12 aprel 2017
Hərbi qulluqçuların pul təminatı belə müəyyənləşəcək
Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və üstəlik verilən pul təminatı növləri nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyənləşəcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 1992-ci il 19 oktyabr tarixli qərarında etdiyi dəyişiklikdə əksini tapıb.

Nazirlər Kabineti , 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar belə bir qərar qəbul edib.

Qeyd edək ki, üstəlik verilən pul təminatı növlərinə zabit vəzifəli heyətə, praporşiklərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi, bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə, elmi ad və elmi dərəcə üçün faiz əlavəsi, kursant vəzifəsi üçün əlavə, paraşütlə tullanmaq üçün pul mükafatı, dalğıc işləri üçün pul mükafatı, hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hərbi təhsil müəssisələrinin bitirən məzunlara birdəfəlik verilən pul mükafatı, dənizçilər üçün pul təminatı, döyüş növbətçiliyində olanlar üçün pul mükafatı, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı, müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı, şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi, xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi, praporşiklərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti, hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım, Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi, hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri, xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri, gündəlik və mənzildə yaşamaq xərcləri, səhrada (çöldə) xidmət etmə pulu, ev kirayə etmə pulu daxildir.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 1992-ci il 19 oktyabr tarixli qərarında qeyd edilmişdi ki, Müdafiə Nazirliyinə tapşırılsın ki, Nazirlər Kabinetinin müəyyən etdiyi vəzifə maaşlarını və nəzərdə tutulmuş üstəlik pul təminatını nəzərə almaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı barədə Əsasnamə hazırlasın və müdafiə nazirinin əmri ilə təsdiq etsin.
Xəbəriniz olsun

20.11.2018 - Millinin ölüm-qalım mübarizəsi – 90 dəqiqəlik savaş

20.11.2018 - Gənc oğlan toy günü özünü asdı: - “Atasının bu sözlərindən sonra...”

20.11.2018 - "Azərbaycan banklara olan 5 minə qədər borcları silinməlidir" - Qubad İbadoğlu hökumətə səsləndi

20.11.2018 - Gəncədəki partlayışda ölənlərin sayı 3-ə çatdı: Kəmaləddin Heydərov hadisə yerinə getdi

19.11.2018 - “Veysəloğlu” şirkətinə kiflənmiş “Ozmo” ittihamı – Foto

19.11.2018 - Səudiyyəyə gedən prezident yoxa çıxıb: 1 aydır xəbər yoxdur…

19.11.2018 - Zakir Fərəcov Mehriban xanıma verilən vədə əməl etmir- Qarabağ əlillərinə basqı+VİDEO

19.11.2018 - MTN generalı Ülvi Quliyevin deputatlıq yolunu bağladı – Sirr

19.11.2018 - Əli Kərimli sərbəst buraxıldı: 2500 manat cərimələndi

18.11.2018 - “WhatsApp” messencerində “itən mesaj”lar dövrü gəlir

18.11.2018 - Türkiyə hərbçiləri İraqın şimalında terrorçuları məhv etdilər

18.11.2018 - İcra başçısına 70 min rüşvət verən şəxs danışdı: "İsmayıl Vəliyevin imzası ilə..."

18.11.2018 - "Əli Kərimli və AXCP üzvlərinin işi məhkəməyə göndəriləcək" - Paytaxt polisi rəsmi məlumat yaydı

Facebook