Tramp Çin liderinə zəng vurdub: “Bizim həm də atom sualtı qayıqlarımız var...”

13 aprel 2017
Tramp Çin liderinə zəng vurdub: “Bizim həm də atom sualtı qayıqlarımız var...”
Şimali Koreya tezliklə yeni və ən güclü nüvə sınağını keçirə bilər.

Virtualaz.org xəbər verir ki, bu barədə “The New York Times” yazıb. Qəzetin yazdığına görə Şimali Koreya rejiminin yeni nüvə sınaqları keçirməyə hazırlaşdığı qənaətinə amerikalı ekspertlər peyk çəkilişlərini təhlil edərək gəliblər. Belə ki, Şimali Koreyanın Mantapsan dağlarında yüksək hərəkətlilik müşahidə olunur və Pxenyan bundan əvvəl yeraltı nüvə sınaqlarını həmin bölgdə keçirib. Bildirilir ki, bu, Şimali Koreyanın altıncı və “ola bilsin ən güclü” nüvə sınağı olacaq. Sınağın Şimali Koreya dövlətinin qurucusu Kem Er Senin anadan olmasının 105 illiyinə həsr olunacağı gözlənilir.

Bu məlumat ABŞ donanmasının “Karl Vinson” təyyarədaşıyanı başda olmaqla zərbə qruplaşmasının Şimali Koreya sahillərinə yaxınlaşdığı bir vaxtda yayılıb. ABŞ administrasiyası Şimali Koreya rejiminin yeni ballistik raket sınaqları keçirməyə hazırlaşmasına cavab olaraq bu addımı atıb. Gözlənilir ki, Pxenyan Avstraliya qitəsinə qədər çata bilən ballistik raketi sınaqdan keçirəcək.

ABŞ prezidenti Donald Tramp isə deyib ki, o, Çin lideri Si Tszinpinə zəng vuraraq Şimali Koreya rejiminə təzyiq göstərməyi xahiş edib. “Mən Si Tszinpindən xahiş etdim ki, Şimali Koreya rəhbərliyinə çatdırsın-ABŞ-ın təkcə təyyarədaşıyanları yox, atom sualtı qayıqları da var”-Tramp bildirib.

ABŞ prezidenti ilə Çin lideri arasında telefon danışıqları aprelin 11-də olub. Tramp deyib ki, telefon danışığı zamanı Pxenyanın nüvə silahına malik olmasına imkan verməməyin zəruriliyini çatdırıb. (Şimali Koreya artıq nüvə silahına malikdir.-red). “Hələlik onların belə silahı hədəfə çatdıracaq vasitələri yoxdur, ancaq onlar bunu əldə edəcəklər”-ABŞ prezidenti əlavə edib.

Bundan əvvəl Rusiya mənbələri xəbər yayıb ki, ABŞ-ın 154 “Tomoqavk” raketi ilə silahlanmış “Ohayo” atom sualtı qayığı Şimali Koreya sahillərindədir.
Xəbəriniz olsun

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

Facebook