İti döyən polis işdən çıxarıldı - VİDEO

15 aprel 2017
İti döyən polis işdən çıxarıldı - VİDEO
Zaqatala rayonunda qonşusu İkram Ramazanova məxsus 3 aylıq iti döyən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşı Tural Hacıömərov rəsmi formada cəzalandırılıb.

Bu barədə “Qafqazinfo”ya heyvansevər Elxan Mirzəyev məlumat verib. Hadisə martın 17-də rayonun Muxax kəndində baş verib. T.Hacıömərov küçədə qoyunlarını hürküdən iti döyüb. Balaca küçük döyüldükdən sonra ağır xəsarətlər alıb, gözləri tutulub, yerimə qabiliyyətini itirib.

T.Hacıömərov “Qafqazinfo”ya açıqlamasında qoyunlarını otlamağa qoymadığı üçün küçüyü daşla vurduğunu təsdiqləmişdi. O, həmçinin bildirmişdi ki, bu hadisəyə görə Baş İdarə tərəfindən töhmət alıb.

Lakin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bunları təkzib edərək T.Hacıömərovun polis əməkdaşı olmadığını və iti döymədiyini bildirmişdi: “Həmin şəxs mülki mühafizəçidir, ona heç bir töhmət verilməyib”.

E.Mirzəyevin bu gün redaksiyamıza təqdim etdiyi sənədlərdən görünür ki, T.Hacıömərov iti döyməkdə ittiham edilərək inzibati formada cəzalandırılıb və öz ərizəsi ilə işdən çıxarılıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göndərdiyi rəsmi məktuba əsasən, T.Hacıömərov barəsindəki şikayət araşdırılıb və müəyyən olunub ki, o, dişi it balasını rəhmsız davranmaqla döyərək zədələyib. Buna görə martın 31-də T.Hacıömərov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 500 manat cərimə olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyevin şikayətçi Elxan Mirzəyevə göndərdiyi rəsmi məktubda qeyd olunub ki, Zaqatala Rayonlararası Mühafizə Bölməsinin mühafizəçisi Tural Hacıömərov iti döyməsi ilə bağlı iddianın araşdırılması prosesində işdən xaric edilməsi barədə rəsmi müraciət etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook