Çempionlar Liqası: İlk yarımfinalçılar bu axşam bəlli olacaq

18 aprel 2017
Çempionlar Liqası: İlk yarımfinalçılar bu axşam bəlli olacaq
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək. İlk oyun günündə “Real” – “Bavariya” və “Lester” - “Atletiko” oyunları keçiriləcək.

Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət “kral klubu”nun yarımfinala adlamaq şansını artırır. Cavab matçında 0:1 hesablı məğlubiyyət də “Real”ı qane edəcək. “Bavariya” yola davam etmək istəyirsə, “Santyaqo Bernabeu”da rəqibini minimum 2 dəfə mərkəzə dəvət etməlidir. Ev sahiblərinin heyətində Pepe, Rafael Varan və Qaret Beyl zədə üzündən bu görüşü buraxacaq.

"Bavariya”nın heyətində isə Robert Levandovski sıraya dönüb. Əvəzində Mats Hummels və Jerom Boatenq zədədən əziyyət çəkir.

Günün digər matçında “Atletiko” “Lester”in qonağı olacaq. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. “Lester” vəziyyəti öz xeyrinə dəyişmək üçün cavab oyununda mütləq fərqlənməli və qapısının toxunulmazlığını qoruyub saxlamalıdır. Çünki “Atletiko”nun səfərdə vuracağı 1 qol “Lester”in işini daha da çətinləşdirəcək. Belədə “tülkülər”ə mərhələ adlamaq üçün 3 qol lazım olacaq.

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

22:45. “Real” (İspaniya) – “Bavariya” (Almaniya)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun - 2:1

22:45. “Lester” (İngiltərə) – “Atletiko” (İspaniya)

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 0:1 (APA)
Xəbəriniz olsun

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

22.06.2018 - Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

21.06.2018 - Bir neçə şirkət rəhbəri həbs olundu - Göyçayda körpünün uçmasına görə

Facebook