Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin təklifi ilə razılaşmayıb

28 aprel 2017
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin təklifi ilə razılaşmayıb
Milli Şura aprelin 30-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında deyib ki, BŞİH mitinqin aprelin 30-da deyil, 29-da keçmiş “Məhsul” stadionunda keçirilməsini təklif edib.

AXCP-nin Gənclər Komitəsinin sədri İlham Hüseyn isə APA-ya deyib ki, BŞİH-ə göndərilən müraciətdə mitinqin ünvanı kimi Nərimanov parkı və Sahil bağı göstərilib: “Ancaq Bakı Şəhər İcra Hakimiyyəti vaxtı və yeri dəyişib. Səbəb kimi göstərilib ki, istirahət günü mitinq keçirmək insanların istirahət hüququnu pozur. Əslində isə heç bir əsaslandırılmış səbəb yoxdur. Ona görə də biz təkliflə razılaşmadıq və mitinqin 29-da keçirilməsi ilə bağlı qərarımız yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət ediləcək”.

İ.Hüseyn onu da deyib ki, BŞİH-in bu qərarına görə məhkəməyə müraciət edilə bilər.
Xəbəriniz olsun

21.09.2018 - 3 milyard dollar mənimsəmə, inanılmaz cinayətlər... - Cahangir Hacıyevə qarşı şok ittihamlar

20.09.2018 - 20 manatlıq yağ oğurlamış şəxsi döyən mağaza işçiləri tutuldu

20.09.2018 - Füzuli RİHB Alı Alıyev növbəti səyyar qəbul keçirib

20.09.2018 - Bu gün “Qarabağ” Avropa Liqasının qrup turnirində ilk oyununu keçirəcək

20.09.2018 - İlyas İsmayılov oğlunun qətli barədə: “Borcu var idi”

20.09.2018 - Sumqayıt MERO-da "asan xidmət": Avtomobili görmədən "texsmotr"dan keçirirlər - ŞOK VİDEO

20.09.2018 - Deputat Əsabil Qasımov iş adamına milyonlarla ziyan vurub – ŞİKAYƏTÇİ – ŞOK İTTİHAMLAR

20.09.2018 - Azərbaycanda ilk: Bankın qarşısına mitinq təyin olundu - TƏFƏRRÜAT

20.09.2018 - “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı

20.09.2018 - İlyas İsmayılovun oğlu Türkiyədə qətlə yetirildi - ŞOK

19.09.2018 - Gömrük Komitəsində rüşvət qalmaqalı - İnspektor işdən çıxarıldı, yoxlama başladı

19.09.2018 - "Pulum olmayanda "Qoca"dan istəyirdim..." - Fədayə Laçın və 12 nəfərin məhkəməsi davam edir

19.09.2018 - Putin Rusiya təyyarəsinin vurulmasının səbəbini açıqladı

Facebook