Vitali Bəylərbəyov: “SOCAR üzrə hasilat səviyyəsinin sabit qalması proqnozlaşdırılır”

28 aprel 2017
Vitali Bəylərbəyov: “SOCAR üzrə hasilat səviyyəsinin sabit qalması proqnozlaşdırılır”
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) marketinq və iqtisadi əməliyyatlar üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov aprelin 25-də II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft-Kimya” Forumunda çıxışına istinadən KİV-lərdə yayılan bəzi yanlışlara aydınlıq gətirib.
"Report"un verdiyi xəbərə görə, o qeyd edib ki, neft hasilatının azalması ilə bağlı 7-10% göstəricinin, səhv olaraq, birillik dinamika kimi təqdim edilməsi anlaşılmazlıqdır: “Çıxışım zamanı qeyd etmişəm ki, Azərbaycanda neft hasilatında son illər ərzində, yəni son 5-6 il ərzində cəmi 7-10% azalma olub. Beləliklə, illik təbii azalma orta hesabla 1,5-2% təşkil edib. Hasilatın bu cür təbii azalması normal haldır. Əlbəttə, təbii azalmanın kompensasiyası üçün mütəmadi tədbirlər görülür. Beləliklə, hasilat bir il cüzi azalıb, növbəti ildə bir az da arta bilər. Gələcək illərdə SOCAR üzrə hasilat səviyyəsinin orta hesabla sabit qalması proqnozlaşdırılır”.
SOCAR rəsmisi qeyd edib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokuna 2016-cı ilin sonuna qədər sərf olunan əsaslı xərclərin həcmi 30 mlrd. dollar məbləğindən artıq olub.
“Aprelin 25-də adı çəkilən Forumda çıxışımda ya sinxron tərcümə, ya digər səbəblərdən müəyyən anlaşılmazlıq baş verilib, bu da KİV-də yanlış məlumatların yayılmasına səbəb olub. KİV-lərdə AÇG-yə 30 mlrd. dollardan çox sərmayə qoyulduğu qeyd olunub. Daha sonra bu rəqəmin kiçik rəqəm olduğu və ötən ilin iyununda SOCAR prezidenti Rövnəq Abdullayevin “Caspian Oil & Gas” konfransında çıxışında qeyd etdiyi 40 mlrd. dollardan çox (41 mlrd. dollar) məbləğlə uyğun gəlmədiyi yazılıb. Məsələ burasındadır ki, tədbir zamanı qeyd etdiyim 30 mlrd. dollardan çox vəsait (33 mlrd. dollar) AÇG-yə çəkilən yalnız əsaslı xərcləri, SOCAR prezidentinin qeyd etdiyi rəqəm isə əsaslı və əməliyyat xərclərini əks etdirib”.
Xəbəriniz olsun

23.06.2018 - Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

23.06.2018 - Daha bir pambıq zəhərlənməsi: 6 nəfər xəstəxanalıq oldu

23.06.2018 - Akif Əlizadə AMEA-nın prezidenti vəzifəsinə təsdiq edildi

23.06.2018 - Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?

23.06.2018 - Hüseyn Abdullayevlə Eldar Mahmudovun əlaqələri təsbit olunub - İDDİA

23.06.2018 - Gəncə Dövlət Universitetində ixtisasdəyişmə imkanı - ELAN+ŞƏRTLƏR

23.06.2018 - "DÇ-2018": Messidən şok qərar

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

Facebook