Rəcəb Babaşovun səhvi bir insanın həyatına son qoydu - ARAŞDIRMA

03 may 2017
Rəcəb Babaşovun səhvi bir insanın həyatına son qoydu - ARAŞDIRMA
Xatırladım ki 18 aprel 2017-ci il tarixində gecə saatlarında icra hakimiyyətinin 20 metrliyində və düz icra nümayəndəliyinin qarşısında ölümlə nəticələnən avtoqəza baş verdi. Şahidlərin məlumatına görə Mitsubishi cip markalı avtomobilin sürücüsü, icra hakimiyyətinin yolu kəsmək üçün avtomobil yolunun üzərinə uzadılmış beton işıq dirəyinə çırpılaraq, idarəetməni itirib içində sərnişin olan opel markalı avtomobillə toqquşdu. Nəticədə 1 nəfər qadın həyatını itirdi 1 azyaşlı uşaq və yaşlı bir qadın ağır yaralandı. Qəza törədən ovtomobildə isə bizi qoruyan 3 əsgər döyüşçü qardaşımız yaralandı. Sükanın arxasında olan sürücü isə təbii ki cinayət məsuliyyətinə cəlb olunacaq. Göründüyü kimi itkimiz böyükdür. Ən böyük bəla odur ki bu həmin yerdə baş vermiş 2-ci avtoqəzadı. Bir müddət əvvəl baş vermiş 1-ci avtoqəza ölümsüz ötüşsədə, 2 nəfər ağır yaralanmışdı və avtomobil yararsız hala düşmüşdü. Bu hər iki qəzanın əsl səbəbi nədir? Kimdir günahgar? Şahidlərin dediyinə görə qəza törədən avtomobilin arxasınca dövlət yol polisi əməkdaşları qovurmuş. Sürücü isə ələ keçməmək üçün və cərimədən yayınmaq üçün qaçmağa cəhd edib. Qəzadan sonra məlum olub ki sürücü içkili vəziyyətdə imiş. Bəli! Biz durub yol polisi işçisini maşın qovmaqda, sürücünü isə içkili olmaqda və yol polisinin saxla əmrinə tabe olmamaqda ittiham edə bilərik. Lakin yol polisi öz xidməti işini görür, sürücü isə ən pis halda içkili və avtoxuliqanlıq maddəsiylə cərimə olunacaqdı.
Lakin biz hesab edirik ki, bu qəzada əsl günahgar yolu primitiv və təhlükəli üsulla kəsmiş icra hakimiyyəti bu işdə bir başa günahkar hesab olunmalıdır. Çünki yerə uzadılmış 4 künc iti bucaqlı, beton işıq dirəyini nəzərə alsaq ki, yer səttindən 20 sm hündürdədir və rəngi asvalt rəngində olduğu üçün onu gecə vaxtı görmək qeyri mümkündür. Onuda nəzərə alsaq ki, həmin qəzanı törədən avtomobil aşağı sedan tipli yox, hündür mitsubishi cip avtomobili olub, bu zaman yerdəki 20 sm tramplinə oxşar və üzərində işığı əks etdirən heç bir vasitənin olmaması, həmin maneənin sürücü üçün görünməz bir vasitə olduğu qənaətinə gəlmək olur. Ən azından beton dirəyinin sarı - ağ boya ilə rəngləmək və ya üzərində bir işıq əks etdirici vurmaq olardı. Dirəyi bura yerləşdirənlər bunu etməliydi, amma nədənsə etməyiblər. Maraqlısı odur ki həmin yolda qadağan edici “Giriş qadağandır” yol işarəsidə yoxdur. 1-ci qəza oldu, 2-ci qəza da baş verdi, Allah növbəti qəzadan saxlasın. Maraqlıdır ki, bəs bizim hər şeydə qüsur axtarışında olan icra başçısı Rəcəb Babaşov hər gün ora işə gedərkən o qüsuru niyə görməyib? Əvvəllər nəzərindən qaçıbsa belə qəzadan sonra həmin primitiv maneənin aradan qaldırılması ilə bağlı niyə göstəriş verməyib? O işıq dirəyi hələ də oradadır. Növbəti qurban kim olacaq? Hörmətli icra strukturu, insanların həyatı və taleyi sizin üçün bu qədərmi ucuzdur? Allah etməsin 3-cü qəzanımı gözləyirsiniz? Hanı bizim dövlət məmurlarının ən ali icra orqanının məntiqi? Niyə dərhal o primitiv və yol hərəkət qanunlarına uyğun olmayan işıq stolbasını normal standarta uyğun bir vasitəylə əvəz etmirsiniz? Misal üçün “şlaqbaumla”! Bu qəzanın nə səbəbdən baş verdiyini anlamaq və dərhal zəruri tədbir görmək o qədərmi çətindir? Yoxsa Qazax icra məmurlarının başı daha vacib işlərə qarışıb? Bəlkə başınız rayonda məntiqsiz qüsur axtarışlarına qarışıb? Dostlar, bir az məntiqiniz olsun... Bir rayonun icra hakimiyyətinin düz qarşısında belə bir kobud və ölümlə nəticələnən səhvə yol verməyə haqqı yoxdur! Ona görə də biz hesab edirik ki, bu avtoqəzada nə sürücüdə nədə ki, yol polisində günah yoxdur. Baş vermiş ölümün məsuliyyəti bir başa yolu məntiqsiz kəsmiş və buna məsuliyyətsiz yanaşan icra hakimiyyəti orqanıdır. Buna görə də icra hakimiyyəti bu xətaya görə cavab verməlidir və zərər çəkmiş şəxslərə təzminat ödəməlidir.
“Gündəm Xəbər” qəzeti
Xəbəriniz olsun

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

Facebook