Amnesty International Əfqan Muxtarlıya görə Bakını və Tbilisini ittiham edir

31 may 2017
Amnesty International Əfqan Muxtarlıya görə Bakını və Tbilisini ittiham edir
Amnesty İnternational insan haqları təşkilatı mayın 29-da Tbilisidə oğurlanaraq Bakıya gətirilən araşdırmaçı jurnalist, müxalifətçi fəal Əfqan Muxtarlının həyatından narahatlıq ifadə edən bəyanat verib.

Bəyanatda bildirilir ki, Əfqan Muxtarlı Azərbaycan prezidenti İlham Əliyevin iddia edilən korrupsiya əlaqələrini araşdırdığı üçün məruz qaldığı təhlükəyə görə 2015-ci ildən Gürcüstana könüllü sürgünə getmişdi.

Amnesty International-ın Cənubi Qafqaz üzrə nümayəndəsi Levan Asatiani deyib ki, bu olay “uzun müddətdir jurnalistlər və insan haqları fəalları üzərinə hücumları ilə tanınan ölkədə hadisələrin dərindən vahiməli inkişafı” hesab olunmalıdır.

“Əfqan Muxtarlı dərhal və qeyd-şərtsiz azad edilməli, işgəncə və ya hər hansı başqa pis rəftardan müdafiə olunmalıdır. O yalnız jurnalist kimi işinə görə həbs edilmiş vicdan məhbusudur” – deyib hazırda Tbilisidə olan Asatiani.

Təşkilatın verdiyi məlumatda qeyd olunur ki, Əfqan Muxtarlı qısa müddət ərzində vəkili ilə görüşə bilib və ona Tbilisidə mülki geyimli şəxslər tərəfindən oğurlandığını, bərk döyüldüyünü və iki dəfə dəyişdirilən maşınlarla Azərbaycan sərhədinə gətirildiyini, habelə cibinə 10 min avro pul qoyulduğunu bildirib.

Levan Asatiani deyib ki, “belə görünür, Əfqan Muxtarlının oğurlanması və zorla Azəbaycana aparılmasında Gürcüstanın hakimiyyət orqanları da iştirak ediblər”.

Muxtarlının ailəsi Amnesty İnternational təşkilatına bildirib ki, jurnalist Tbilisidə azərbaycandilli şəxslər tərəfindən izləndiyini hiss etdiyini deyirmiş.

“Gürcüstan baş verənləri dərhal və tərəfsiz qaydada təhqiq etməli və bu rəzil əməliyyatda iştirak edənlərin hamısını məsuliyyətə cəlb etməlidir” – deyib Levan Asatiani. (azadliq.org)
Xəbəriniz olsun

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

17.01.2018 - Asif Əsgərovun inanılmaz “ixtira”sı: Nəsimi rayonunda ağaclar öz-özünə aşır - MÜƏMMA

17.01.2018 - Rəşad Sadıqov qələbə ilə başladı

17.01.2018 - Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

16.01.2018 - “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16.01.2018 - Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır

Facebook