Füzulidə taxıl biçininə start verilib

02 iyun 2017
Füzulidə taxıl biçininə start verilib
Füzuli rayon İcra Hakimiyyətində taxıl biçininə hazırlıqla əlaqədar müşavirə keçirilib. Müşavirədə rayonun hüquq-mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbərləri, kənd icra nümayəndələri və bələdiyyə sədrləri, iri taxıl istehsalçıları, mexanizatorlar iştirak edib.
Müşavirədə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident cənab İlham Əliyevin respublikada ərzaq bolluğu yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsi istiqamətində verdiyi tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda görülən işlərdən danışıb. Bildirib ki, 2016-2017-ci təsərrüfat ilində rayonda 36 min 82 hektar ərazidə taxıl yetişdirilib. Bunun da 24 min 838 hektarı buğda, 11 min 244 hektarı arpadır. Rayon üzrə əkilən taxıl sahələrinin 7 min 265 hektarını isə pay torpaqları təşkil edir.
Alı Alıyev qeyd edib ki, Ölkə başçısının kənd təsərrüfatı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq rayonda cari ildə 4000 ha ərazidə hər biri 1000 ha olmaqla 4 iri fermer təsərrüfatı yaradılıb.
“Taxıl zəmilərinə normal qulluq göstərilməsi, sahələrin vaxtında gübrələnməsi, aqrotexniki tədbirlərə əməl edilməsi sayəsində bu il bol məhsul götürülməsi proqnozlaşdırılır. Cari ildə rayonda istehsal olunacaq yüksək keyfiyyətli taxılın bir hissəsinin isə Dövlət Taxıl Fonduna tədarük olunacağı nəzərdə tutulub.”,-deyə Alı Alıyev vurğulayıb.
Müşavirədə rayonda taxıl biçini kampaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri, texnikanın hazırlıq vəziyyəti müzakirə olunub, kombaynların kəndlər üzrə bölgüsü aparılıb.
Qeyd edilib ki, əkin sahələri nəzərə alınmaqla, taxıl biçinini növbəlilik əsasında həyata keçirmək üçün rayonda xüsusi Qərargah yaradılıb. Yanğın təhlükəsizliyi, həmçinin taxılın tez və itkisiz yığılıb daşınması üçün tədbirlər görülüb.
Xəbəriniz olsun

18.08.2018 - Merkelin Azərbaycan səfərinin arxasında nələr durur?

18.08.2018 - Elmar Vəliyevə sui-qəsd - yeni həbslər və təfərrüat

18.08.2018 - Azərbaycanlı məhbuslar İstanbulda aclıq aksiyası keçirir - Erməni rəisə görə

18.08.2018 - Trampdan Türkiyəyə: “Bu iş bitmədi, həzm etməyəcəyik”

18.08.2018 - Şoka düşəcəyiniz ənənə: Böyük qardaş özünə həyat yoldaşı seçir və bütün qardaşları onu…

18.08.2018 - Sabirabad icra başçısının qardaşı oğlu adam oğurlayıb – pul üstə…

17.08.2018 - Baş Prokurorluq, DİN və DTX Gəncə hadisələri ilə bağlı birgə məlumat yayıblar

17.08.2018 - “Qarabağ” “Şerif”lə nə nə vaxt meydana çıxacaq? - Avropa Liqası

17.08.2018 - Bakıda avtobusda qadına təcavüz edildi: Niyə mənə toxunursan? - VİDEO

17.08.2018 - Köçəryan Paşinyanı Qarabağ danışıqlarından “dovşan kimi qaçmaqda” günahlandırdı

16.08.2018 - Köçəryan məhkəmədə Surət Hüseynovun qiyamından danışdı

16.08.2018 - Serj Sarkisyan da istintaqa cəlb edilir - RƏSMİ

16.08.2018 - “Rus NATO-su”nda baş katib qovğası – İrəvanın Bakı qarşısında diplomatik fiasko xofu

Facebook