Bu gün Çempionlar Liqasının qalibi məlum olacaq

03 iyun 2017
Bu gün Çempionlar Liqasının qalibi məlum olacaq
Bu gün futbol üzrə Çempionlar Liqasının final matçı keçiriləcək. Həlledici qarşılaşmada İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" komandaları üz-üzə gələcək.

Uelsin paytaxtı Kardiffdəki "Millenium" stadionunda təşkil olunacaq matçı almaniyalı referi Feliks Brıx idarə edəcək. Saat 22:45-də başlanacaq görüşə "Real Madrid" itkisiz çıxacaq. "Yuventus"da isə Marko Pyatsa və Stefano Sturaro zədəlidir.

"Kral klubu" qalib gəlsə, Çempionlar Kubokuna 12-ci dəfə yiyələnəcək. Eyni zamanda İspaniya təmsilçisi kuboku ardıcıl iki dəfə əldə edən 2-ci komanda ünvanına sahib çıxacaq. Daha əvvəl qitənin ən nüfuzlu klub turnirində 1989 və 1990-cı illərdə "Milan" qalib olub. Madridlilər həm də son 4 ildə 3-cü dəfə kuboku başı üzərinə qaldıra bilərlər.

"Yuventus" hələ cəmi 2 dəfə - 1985 və 1996-cı illərdə bu kuboku qazanıb. 1997-1998 mövsümünün həlledici görüşündə isə məhz bu iki komanda qarşılaşıb. Həmin matçda "Real Madrid" qələbə qazanıb - 1:0. Amma komandanın hazırkı baş məşqçisi Zinəddin Zidan o görüşdə "Yuventus" formasını geyinib. Ümumiyyətlə, İtaliya təmsilçisi Çempionlar Liqasını ikinci dəfə qazandıqdan sonra 4 finalda iştirak edib və hamısında uduzub.
Xəbəriniz olsun

21.07.2017 - Füzulidə yas mərasimləri: Sadə, israfsız, islami qaydalara uyğun

21.07.2017 - “Nar” Azərbaycana səfər edən qonaqlar üçün “Xoş gəldin” paketini təqdim edir

20.07.2017 - Füzulidə torpaqların təyinatına uyğun istifadəsinə nəzarət gücləndirilib

17.07.2017 - Putin Əliyevlə Sərkisyan arasında görüş təşkil edir

17.07.2017 - Azərbaycanda avtobus aşıb – yaralılar var

17.07.2017 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

17.07.2017 - Mingəçevirdə kütləvi zəhərlənmə, yoxsa mədə pozğunluğu?

17.07.2017 - Azərbaycanda nazir işdən çıxarıldı: general ev dustağı oldu

17.07.2017 - Elza benzinin bahalaşmasına şeir yazdı: “Qoy qaldırsınlar, sən də qaldır, mən də qaldırım…”

15.07.2017 - Tarif Şurasından dərmanlarla bağlı YENİ QƏRAR

15.07.2017 - Benzin bahalaşdı: Tarif Şurasından şok qərar

13.07.2017 - "Bolge.tv" 4 yaşını qeyd etdi

13.07.2017 - Tağı Əhmədovun ölkədə və xaricdə əmlakı açıqlandı: Akif Çovdarov keçmiş rəisdə sirr qoymadı

12.07.2017 - Gülən Türkiyəyə ekstradisiyaya razılaşdı

12.07.2017 - Oğluna görə işdən çıxarılan general: “Uşağı başlı-başına buraxmışam…”

12.07.2017 - Həmsədrlər Əliyevlə Sarkisyanın görüşünü təklif etdilər - BƏYANAT

12.07.2017 - Azyaşlı Zəhranın qanına qəltan edilməsi bir daha lənətləndi - FOTOLAR

12.07.2017 - “Saqqal və hicabdan imtina edin”- Tacikistan prezidenti

11.07.2017 - Oğlu həbs olunan general işdən çıxarıldı – SƏRƏNCAM

Facebook