Abdin Fərzəliyevin “Həştərxan sərgüzəştləri”: İcra başçısının Aleksandr Jilkinlə hansı ortaqlığı var?

07 iyun 2017
Abdin Fərzəliyevin “Həştərxan sərgüzəştləri”: İcra başçısının Aleksandr Jilkinlə hansı ortaqlığı var?
Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevi uğurlu rəhbər adlandırmaq mümkündür. Bu şəxs icra başçısı işlədiyi uzun illər ərzində danılması mümkün olmayan bir sıra əhəmiyyətli addımların müəllifidir. Onu hakimiyyətin üst qatında da xoş təəssüratlarla xatırlayırlar.

Düzdür, bunu onun hakim ailəylə qohumluq əlaqələrinə malik olması ilə izah edənlər də var. Bununla belə, Abdin Fərzəliyevin təkcə bu faktora görə etimada layiq görüldüyünü düşünmək sadəlöhvlük olardı.

Savash.org bildirir ki, Nərimanov RİH başçısı kifayət qədər dinamik bir rəhbərdir. Onun hətta səhər saatlarından rayon ərazisini gəzdikdən sonra xidməti kabinetinə gəlməsi də məhz bu dinamikliyin, hər şeyi nəzarətində saxlamaq istəyinin təzahürü sayıla bilər. Nərimanov rayon icra başçısını səciyyələndirən digər bir məqam isə onun təkcə sıradan bir icra başçısı qəlibinə uyğun gəlməməsidir. Belə ki, Abdin Fərzəliyev Rusiya Federasiyasının siyasi rəhbərliyi tərəfindən çox yaxşı tanınır. Bunun təsdiqi kimi yalnız bir faktı xatırlatmağa ehtiyac var ki, Abdin Fərzəliyev Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunan yeganə icra başçısıdır.

Onu da bildirək ki, nə Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi olmamışdı. Belə bir halda Fərzəliyevin mükafatlandırılması gizli nüanslardan xəbər verirdi və həmin səbəblərin nədən qaynaqlandığı sonralar da araşdırılmadı. Halbuki Abdin Fərzəliyev bu mükafatı aldığı ilə bağlı az qalmışdı ki, Nərimanov rayonunda atəşfəşanlıq və konsert proqramlar təşkil etsin.

Əslində “Dostluq” ordeni sıradan hansısa kiçik məmurlara deyil, iki ölkə arasında əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayan kifayət qədər iriranqlı məmurlara verilir. Hətta indiyədək Azərbaycanda bu ordenlə təltif olunan şəxslər, çox iriranqlı və ya Rusiya ilə birbaşa əlaqəli adamlar olub. Bəs belə bir halda necə oldu ki, Rusiya prezidenti bu mükafatı Fərzəliyevə verdi? Abdin Fərzəliyevin Rusiya ilə əlaqələrinin altyapısında hər hansı bir siyasi məqamlar axtarmaq yersizdir. Çünki avtobioqrafiyasından da göründüyü kimi Abdin Fərzəliyev o qədər də böyük məmur sayılmır. Demək, burada siyasi məqamlar axtarmağa o qədər də ehtiyac yoxdur. Azərbaycanlı məmuru Rusiyaya daha çox böyük biznes maraqları bağlayır. Bu biznes şəbəkəsinin kimlər tərəfindən idarə olunduğu ilə bağlı bəzi məlumatlar da mövcuddur.

Savash.org xatırladır ki, Rusiya Federasiyasının Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkinlə Abdin Fərzəliyev çox yaxın dostdurlar. Bu dostluq isə həm Aleksandr Jilkinin Azərbaycan hakimiyyətinin üst qatı ilə birbaşa münasibətlərin qurulmasına, həm də Abdin Fərzəliyevin Rusiya Federasiyasında ciddi iqtisadi-biznes layihələrinin reallaşmasına səbəb olub.

Qeyd edək ki, bir icra başçısının dostu vasitəsilə istər Həştərxanda, istərsə də RF-nin digər bölgələrində özbaşına iqtisadi qazanc mənbələri yaratması praktiki baxımdan mümkün deyil. Mümkün ehtimal kimi o ola bilər ki, Azərbaycan hakimiyyəti Abdin Fərzəliyevə RF-də müəyyən layihələr həyata keçirməyə icazə verib. Amma Abdin Fərzəliyevin yalnız icazə verilən dairə çərçivəsində hərəkət edib-etməməsi də araşdırılması zəruri olan mövzulardandır.

İcra başçısının dostu, Həştərxan Vilayətinin qubernatoru Aleksandr Jilkinlə şəxsi biznes ortaqlığının mövcudluğuna dair Savash.org-a bəzi informasiyalar daxil olub. Həmin informasiyaların dəqiqləşdirilməsindən sonra mövzuya yenidən qayıdacaq və Abdin Fərzəliyevin Rusiyadakı biznes səltənətinə daxil olan obyekt və fəaliyyət sahələri ilə bağlı ilginc faktları diqqətinizə təqdim edəcəyik.

Orxan
Savash.org
Xəbəriniz olsun

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

14.11.2017 - Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

13.11.2017 - Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Facebook