“Metro Park”a “bomba qoyulması” barədə yalan məlumat verən şəxs tutuldu

12 iyun 2017
“Metro Park”a “bomba qoyulması” barədə yalan məlumat verən şəxs tutuldu
Daxili İşlər Nazirliyi (DİN) “Metro Park” ticarət mərkəzində yalandan “bomba qoyulması” hadisəsi ilə bağlı məlumat yayıb.

Virtualaz.org DİN-in Mətbuat xidmətinə istinadən bildirir ki, iyunun 11-də saat 14:42 radələrində naməlum şəxs DİN-in 102 "Zəng Mərkəzi"nə mobil telefondan zəng edib Nərimanov rayonu ərazisindəki "Metro Park" ticarət mərkəzinə bomba qoyması barədə məlumat verib.

Dərhal müvafiq tədbirlər görülüb, lakin məlumat təsdiqini tapmayıb.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs müəyyən edilərək tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə ) maddəsi ilə cinayət işi başlanılıb.

* * *22:16

Bazar günü, iyunun 11-də Bakının Nərimanov rayonundakı “Metropark” ticarət mərkəzi polis əməkdaşları tərəfindən boşaldılıb və TM binası ətrafında hərəkət məhdudlaşdırılıb. Virtualaz.org “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, buna səbəb binaya qoyulmuş partlayıcı maddə barədə daxil olmuş anonim zəng olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, anonim zəng təxminən saat 18-də şəhər taksofonlarının birindən daxil olub.

Binada yoxlama tədbirləri keçirmiş mütəxəssislər şübhəli heç bir şey aşkar etməyiblər.

Hazırda “telefon terrorçusu”nun axtarışları aparılır.
Xəbəriniz olsun

15.01.2019 - DİN Bakıda böyük rezonans doğurmuş qətl haqda

15.01.2019 - Ali Məhkəmə Beytulla Hüseynovu azad edir

14.01.2019 - Özünü polis bölməsinin qarşısında yandıranla bağlı - DİN-dən açıqlama

14.01.2019 - “Nar”-ın korporativ müştərilərinin sayı artmaqdadır

14.01.2019 - "Bazarstore"a silahlı basqın: Vəzifəli şəxs yaralandı

14.01.2019 - Daha bir intihar: özünü 8-ci mərtəbədən atdı

14.01.2019 - Rektor əvəzi xanım şöbə müdirini işdən çıxardı, "Bulvar"ın rəis müavininə vəzifə verdi - BDU-da dəyişiklik

14.01.2019 - Media nümayəndələri eyni vaxtda 500 tələbənin biliyinin yoxlandiği imtahan prosesini izləyiblər

14.01.2019 - Sumqayıt 9 saylı məktəb direktorunun macəraları və ya "Təhsilin HƏQİQƏTİ"

13.01.2019 - Kəlbəcər girovunun məktubu: “Narahat olmayın, sağam”

13.01.2019 - Mirşahinin tutdurduğu QHT sədrinin oğlu azad edildi: "Mun sifətli "dostlar", bir az ləyaqətli olun"

13.01.2019 - Azərbaycanda polis İlkin Tapdıqov özünü güllələdi

12.01.2019 - Fransada “sarı jiletlilər”in nümayişi... - 24 nəfər saxlanıldı

Facebook