Baş Prokurorluq Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı

13 iyun 2017
Baş Prokurorluq Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı
Azərbaycan Respublikası Baş Prokurorluğu bəyanat yayıb.

Prokurorluqdan virtualaz.org saytına verilən məlumatda deyilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Nəsirovun Muxtarlı Əfqan Sabir oğlunun guya Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanlarının birgə fəaliyyəti nəticəsində Tbilisidə tutularaq Azərbaycana gətirilməsi barədə kütləvi informasiya vasitələrinə verdiyi informasiyalar həqiqəti əks etdirmir.

“Bəyan edirik ki, Azərbaycan hüquq mühafizə orqanları Gürcüstan xüsusi xidmət və digər hüquq mühafizə orqanları ilə Ə.Muxtarlının tutulması ilə bağlı əməkdaşlıq etməyib və bu barədə Gürcüstan tərəfinə hər hansı müraciət olunmayıb. Əvvəllər də bildirildiyi kimi, ilkin istintaq araşdırmalarına əsasən Azərbaycan Respublikasının vətəndaşı Əfqan Muxtarlı 29 may 2017-ci il tarixdə saat 22:40-da Balakən rayonu ərazisində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan nəzarət-buraxılış məntəqələrindən kənarda Gürcüstandan Azərbaycan Respublikasına qanunsuz olaraq keçdikdən sonra qaçmağa cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb”, -bəyanatda deyilir.

Əfqan Muxtarlının xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Tbilisi şəhərində tutularaq Azərbaycan tərəfinə təhvil verilməsi barədə ayrı-ayrı kütləvi informasiya vasitələrində yaydığı məlumatlar uydurma xarakter daşıyır və ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq davam etdirilir və işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaqla Ə.Muxtarlının əməllərinə hüquqi qiymət verilməsi təmin ediləcək.
Xəbəriniz olsun

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

17.01.2018 - Asif Əsgərovun inanılmaz “ixtira”sı: Nəsimi rayonunda ağaclar öz-özünə aşır - MÜƏMMA

17.01.2018 - Rəşad Sadıqov qələbə ilə başladı

17.01.2018 - Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

16.01.2018 - “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16.01.2018 - Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır

Facebook