“Nar” və “Avtostop” radio verilişindən maraqlı təklif: müsabiqədə iştirak et, dəyərli hədiyyələr qazan!

21 iyun 2017
“Nar” və “Avtostop” radio verilişindən maraqlı təklif: müsabiqədə iştirak et, dəyərli hədiyyələr qazan!
“Nar” və DJ Tural Yusifovun müəllifi olduğu “Avtostop” radio layihəsi müştərək aksiyaya start verdilər. Belə ki, həftə içi saat 17:00-dan 20:00-dək 106.3 FM radiosunun canlı efir müddətində keçirilən müsabiqənin qalibləri “Nar” tərəfindən xüsusi mükafatlarla təbrik edilirlər. Yol hərəkəti qaydaları haqqında biliklərini sınayan radio dinləyiciləri mobil operatordan yüksəksürətli 4G-modem və 3 aylıq pulsuz “Turbo 2XL” internet paketi hədiyyə qazanmaq fürsəti əldə edirlər. Nicat Həmidli, Təbriz Nəzirli, İlqar Lətif-zadə, Cümşüd Məmmədov, Bayram Bayramlı və Məhərrəm Cabbarov indiyədək keçirilmiş müsabiqələrin suallarını uğurla cavablandırmış ilk qaliblərdir.

Qeyd edək ki, “Nar” ənənəvi şəkildə maarifləndirici müsabiqələr və intellektual yarışlara dəstək verərək bu cür layihələrin sponsoru qismində çıxış edir. Mobil operatorun dəstəklədiyi digər layihələr haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbəriniz olsun

13.12.2018 - Nazir Eldar Əzizovun qardaşına yüksək vəzifə verdi

13.12.2018 - Ermənistan rəsmisi Bakıya gəlir

13.12.2018 - Azad Rəhimov qohumunu 5-ci mərtəbədən atan şəxsə ən ağır cəzanı istəyir - Xaricdən vəkillər gələcək

13.12.2018 - Daha bir jurnalist həbs təhlükəsi ilə üzləşib – Müraciət

12.12.2018 - İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

11.12.2018 - Ərinin balkondan atdığı qadın nazirin yaxın qohumudur

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

Facebook