İqtisad Universitetində kütləvi təmizləmə: - Keçmiş rektora yaxın adamlar işdən çıxarılır

23 iyun 2017
İqtisad Universitetində kütləvi təmizləmə: - Keçmiş rektora yaxın adamlar işdən çıxarılır
Azərbaycan Dövlət İqtisaddiyat Universitetində 30-a yaxın şəxs işdən çıxarılıb.

Bu haqda AZXEBER.COM-a universitetdəki mənbə məlumat verilib. Mənbənin dediyinə görə, işdən çıxarılan şəxslər keçmiş rektor Şəmsəddin Hacıyevə yaxın şəxslərdi: "Universitetin yeni rektoru Ədalət Muradov özündən əvvəlki rektora yaxın şəxsləri işdən çıxarır. Rektor müxtəlif bəhanələrlə 30-a yaxın insanı işdən çıxarıb".

Universitetdən kənarlaşdırılan şəxslər sırasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorunun innovasiya və strateji inkişaf məsələləri üzrə məsləhətçisi Məhəmməd Cəmilov da var. Adıçəkilən şəxs UNEC-də bir çox innovativ layihələr həyata keçirib. Özünün müsahibəsində dediyinə görə, innovativ Biznes-İnkubator, Biznes Mərkəzi, Məzun Yarmarkaları, Məzun yarmarkaların Onlayn rejimdə təşkili, Karyera Mərkəzi, Virtual Müəssisə, "Bank işi” təlim laboratoriyası, "Maliyyə” təlim laboratoriyasında olan layihələrdə birbaşa iştirakı olub. Məhəmməd Cəlilovun işdən çıxarılması birbaşa Ədalət Muradovun tapşırığı ilə baş tutub və o keçmiş rektora yaxınlığına görə işdən çıxarılıb.

Mənbənin dediyinə görə, universitet daxilində fəaliyyət göstərən imtahan mərkəzində də köklü dəyişikliklər baş tutub. Belə ki, mərkəzin bir çox əməkdaşı işdən çıxarılıb. Buna səbəb isə universitetdə rüşvətin qarşısını almaq olub. Yeni rəhbərlik ilk növbədə islahatlara məhz bu nöqtədən başlayıb. İddiaya görə, Şəmsəddin Hacıyev özü rüşvət üçün bu adamlara zəmin yaradıb və bu səbəbdən mərkəz əməkdaşları işdən uzaqlaşdırılıb.

Məsələylə bağlı İqtisad Universiteti ilə bağlı əlaqə yaratmağa cəhd etsək də, universitetin ictimaiyyətlə əlaqələr şöbəsi telefonlara cavab verməyib.
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook