Neftçalada pambıqla "baş kəsirlər": Başçı-rəis tandemi

05 iyul 2017
Neftçalada pambıqla "baş kəsirlər": Başçı-rəis tandemi
Başçı İsmayıl Vəliyev pambıq əkmək və ya əkdirmək istəyirsə, fövqəlnazirin və digər yüksək ranqlı məmurların minlərlə hektar qanunsuz zəbt edilən, istifadəsiz torpaqlarından niyə yararlanmır?

Fermerləri polis gücünə pambıq əkməyə vadar edən başçı sonunda əli aşından da, vəli aşından da olacağının fərqində deyilmi? Kənd təsərrüfatını, pambıqçılığı inkişaf etdirməyin yolu budurmu?

İsmayıl Vəliyev on minlərlə hektar qışlaq sahələrinin təyinatı dəyişməklə ölkənin ət və süd təminatında hansı miqyasda mənfi nəticələrə səbəb olacağını anlayırmı? Bunun məsuliyyətini daşımağa hazırdırmı?

Bəlkə başçının bu cür spontan, plansız, məqsədsiz fəaliyyətində ona tam gücü ilə dəstək verən rayonun polis rəisi Vüsal Şəbəndiyev hansı yükün altına girdiyini anlayır? Anlasaydı ona etibar edib yüksək etimad göstərən nazir, cənab Ramil Usubovun tapşırıqları əvəzinə, ona dəxli olmayan işlərlə məşğul olardımı?

"Bizi məcbur edirlər ki, burada pambıq əkək. Axı bizim bundan başımız çıxmır. Ömrü boyu maldarlıqla məşğul olmuşuq. Üstəlik bu şor torpaqdır. Burada pambıq əkmək üçün gərək xüsusi təmizlənmə işləri aparılsın. Bunu da gərək dövlət eləsin. Pambıq əkmək elə də asan şey deyil"- deyə sakinlər bildirir.

KONKRET FAKTLARA KEÇƏK...

2013-cü ildə heyvandarlıq ferması yaratmaq məqsədi ilə Neftçala rayonunda Dövlət Torpaq Fonduna aid olan qış otlaq sahələrindən 500 hektar torpaq sahəsini 15 illik icarəyə götürən "Xəyal-HR” MMC-nin torpaqlarını icra başçısı İsmayıl Vəliyev "pambıq əkmək adı altında ayrı-ayrı adamlara satıb. Həmin ərazidə "Xəyal-HR”MMC-yə məxsus olan fermer təsərrüfatı fəaliyyət göstərib və 17 ailənin çalışdığı bu fermer təsərrüfatı icra başçısının bir sözü ilə yerlə yeksan olunub. "Xəyal-HR” MMC-nin rəhbəri deyir ki, İsmayıl Vəliyev özünün vəzifə səlahiyətlərindən istifadə edərək onun bütün malını-mülkünü başına uçurub.

Görəsən drenləşdirilməmiş və suvarılmayan bu torpaqlarda icra başçısı pambığı necə əkəcəkdi? Görünür elə ona görə də pambıqla "baş kəsən" Vəliyev orada pambıq əvəzinə kartof əkdirib.

Hazırda məhkəmə qərarı ilə "Xəyal-HR” MMC-nin hüquqları bərpa olunsa da, Neftçalanın icra başçısı məhkəmənin qərarını saymır.

Eyni problemlə, yuxarıda qeyd etdiyimiz kimi, qışlaq sahələri Neftçalada olan Lerik fermerləri də üzləşib.

Hələ beş-altı il əvvəl Neftçalanın icra strukturlarının rəhbərləri Lerik rayonunun təsərrüfatlarına ayrılmış qışlaq torpaq sahələrini zorla almağa və "işbaz adamlara” satmağa qərar verdilər. İlk kəşfiyyat xarakterli bu "təcavüz” çox çəkmədi. Fermerlər, həmçinin Lerik rayon rəhbərliyi məsələyə qarışdı, dövlət başçısına şikayətlər və müraciətlər ünvanlandı. O zaman məsələnin daha da böyüməsindən ehtiyat edən rayon rəhbərliyi bir qədər yumşaq variant seçərək bu qışlaq torpaqlarının 18 min hektarından 4 min hektarını əllərindən alıb, vəziyyəti sakit axara sala bildi. Amma məsələ bununla bitmədi.

İndi isə başçı İsmayıl Vəliyev özünü "Ramil Usubovun adamı" kimi təqdim edən rəis Vüsal Şəbəndiyevlə bir olub, daha da irəli gedir və daha çox fermerin haqqına girir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək...
Xəbəriniz olsun

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Gözdən əlillər Putindən kömək istəd ...

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

Facebook