Füzulililər nikbindirlər, Ali Baş Komandana və ordumuza inanırlar

06 iyul 2017
Füzulililər nikbindirlər, Ali Baş Komandana və ordumuza inanırlar
Xəbər verildiyi kimi iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artireliya qurğularından atəşə tutmuşdur. Ermənistan Silahlı qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanmış, mülki obyektlərə zərər yetirilmişdir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev dərhal Alxanlı kəndində, hadisə yerində olmuşdur. Alı Alıyev kənd sakinləri ilə görüşmüş, düşmən təxribatı nəticəsində həlak olan kənd sakinlərinin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı vermiş və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləmişdir.
Alı Alıyev düşmənin mülki şəxsləri hədəf alan hərəkətlərini vadalizm və vəhşilik adlandırmışdır. Bildirmişdir ki, düşmənin qadın və uşaqları hədəf alan hərəkətləri onların acizliyini və vəhşiliyini növbəti dəfə sübut edir.
Kənd sakinləri düşmənin mülki əhalini hədəf alan hərəkətlərini qətiyyətlə pisləmiş, cəbhə xəttində baş verən intensivlikdən qorxmadıqlarını Ali Baş Komandan, Prezident cənab cənab İlham Əliyevə, ordumuza inandıqlarını, güvəndiklərini bildiriblər. Alxanlı kəndində, həmçinin rayonun bütün yaşayış məntəqələrində hazırda həyat normal axarı ilə davam edir, əhali əkin-biçin və gündəlik qayğıları ilə məşğul olur. Bu rahatlıq və inam isə Azərbaycan dövlətinə və onun ordusuna inamdan qaynaqlanır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyyələri əsasında düşmən təxribatı nəticəsində həlak olan şəxlərin dəfn xərclərini və yaralananın müalicə xərclərinin rayon İcra hakimiyyəti tərəfindən ödəniləcəyini bildirmişdir.
Xəbəriniz olsun

19.01.2018 - ŞOK OLAY: azərbaycanlı ailə polisi girov götürdü – HADİSƏNİN DETALLARI

19.01.2018 - Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

18.01.2018 - Nazir iki müavinini işdən azad etdi

18.01.2018 - Ramil Usubov polislərə xəbərdarlıq etdi

18.01.2018 - Bakıda iki məhkum öldü

18.01.2018 - Xaləddin İsgəndərovun çöküşü Fəzail Babayevin başında çatlaya bilər

18.01.2018 - “Nuray House” 30 fəhlənin pulunu mənimsədi? – Rəsmi qurumları “aldatdı”

18.01.2018 - YAP-çı deputatın işi antikorrupsiya idarəsində

18.01.2018 - “Bitcoin” kəskin ucuzlaşdı: “köpüklər partlayırmı?”

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı, Bakıya gətirildi

18.01.2018 - PA-nın yeni şöbə müdiri kimdir?

17.01.2018 - Fazil Məmmədovun Ukraynadakı mülkləri - Sensasion faktlar

17.01.2018 - SOCAR: “Mənsimovun bizə külli miqdarda borcu var”

17.01.2018 - Asif Əsgərovun inanılmaz “ixtira”sı: Nəsimi rayonunda ağaclar öz-özünə aşır - MÜƏMMA

17.01.2018 - Rəşad Sadıqov qələbə ilə başladı

17.01.2018 - Şəmkirdə 20 yaşlı oğlan özünü öldürdü

16.01.2018 - “Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16.01.2018 - Nüfuzlu azərbaycanlı məmurun keçmiş qaynı BMT-dən kömək istəyir: Məmur yeznə bacısını və onu axtarır

Facebook