Əsgərliyi başa vurdu, evə qayıdarkən öldü - Bakıda

06 iyul 2017
Əsgərliyi başa vurdu, evə qayıdarkən öldü - Bakıda
Beyləqandan qayıdan “Daewoo” Ələtdə yük maşınına çırpılıb

Bakının Qaradağ rayonunda baş verən hadisənin təfərrüatları məlum olub.

“Report” xəbər verir ki, hadisə Ələt qəsəbəsində, “Shacman” yol kənarındakı yanacaqdoldurma məntəqəsində növbədə durarkən baş verib. Bu zaman “Daewoo” sürətlə gələrək yük maşınına çırpılıb.

“Daewoo”da ümumilikdə 4 nəfər olub. Sürücü, 1991-ci il təvəllüdlü Hacızadə Rövşən Behbud oğlu və 1993-cü il təvəllüdlü qardaşı Hacızadə Üzeyir Beyləqanda hərbi xidməti başa vuran xalası oğlanları Həsənov Həsən Bayram oğlunu gətirərkən qəzaya düşüblər. Onların hər üçü dünyalarını dəyişiblər. Xəstəxanaya yerləşdirilən Nicat adlı digər bir şəxsin vəziyyəti ağırdır. Həmin şəxs də hərbi xidmətini başa vuraraq evə qayıdırmış.
Ölən qardaşlardan biri ailəli olub və bir övladı var.

***04:47

Gecə saatlarında paytaxtın Qaradağ rayonunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

“Report”un əldə etdiyi məlumata görə, “99-AU-738” dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik maşınının hərəkətdə olarkən “01-AD-145” dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinə arxadan çırpılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Lakin sonradan yaralılardan biri də xəstəxanada dünyasını dəyişib. Sözügedən şəxslər hərbi xidmət müddəti başa çatmış şəxsi evinə gətirirlərmiş. Ölənlər arasında həmin əsgərin olub-olmadığı hələ ki, məlum deyil.

***03:04

Gecə saatlarında Bakının Qaradağ rayonunda 1 nəfərin ölümü, daha 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik maşınının toqquşması nəticəsində qeydə alınıb.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

1 saylı Kliniki Tibbi Mərkəzdən “Report”a verilən məlumata görə, hadisə zamanı daha iki nəfər ağır yaralanıb. Onlar xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Xəbəriniz olsun

25.04.2018 - Ermənistanda inqilab: Putin nəhayət işə qarışdı

25.04.2018 - “TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…” – Səlim Müslümov “qara xəbəri” yolda alıb!

25.04.2018 - Yeni nazirdən 5 TƏYİNAT - Heydər Əsədovun kadrları işdən çıxarıldı

25.04.2018 - “Nar” Ümumdünya kitab günündə uşaqları hədiyyələrlə təbrik etdi

25.04.2018 - “Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı

25.04.2018 - Avropaya sığınmış daha bir müxalifətçi tutuldu

25.04.2018 - Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

24.04.2018 - Deputat Rafael Cəbrayılovla bağlı ilginc faktlar - Notarius təsdiqli dələduzluq?

24.04.2018 - “Əbülfəz Elçibəy-80” təşkilatı ölkə rəhbərlliyinə müraciət etdi, mitinq qərarı verdi - Toplantı

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

Facebook