Oğluna görə işdən çıxarılan general: “Uşağı başlı-başına buraxmışam…”

12 iyul 2017
Oğluna görə işdən çıxarılan general: “Uşağı başlı-başına buraxmışam…”
Prezident İlham Əliyevin sərəncamı ilə dünən vəzifədən azad olunan general-mayor Novruzəli Orucov oğlunun törətdiyi cinayətə görə özünü günahkar sayır.

Bu barədə yeniçag.az-a danışan general bildirib ki, Prezident onu daha əvvəl işdən çıxartmalı idi:

“Hadisədir – baş verib, mübahisə yaranıb və sonu da belə olub. Bu məsələdə vəzifəli şəxs kimi mənim də səhvim çox böyük olub, uşağı başlı-başına buraxmışam. Başlı-başına deyəndə ki… Mən özüm atasız böyümüşəm, istəməmişəm ki, uşaqlarım da nəyinsə ehtiyacını çəksinlər. Atam Böyük Vətən Müharibəsinin iştirakçısı olub, 1943-cü ildə yaralanıb gəlmişdi, onu altı yaşımda itirmişəm. Altı uşaq olmuşuq, çox ağır ailə həyatı sürmüşəm. Ancaq böyüdük, oxuduq, hamımız ali təhsil aldıq.

Deyim ki, oğlum birinci hadisəni törədəndə – yəqin ki, məlumatınız var – cənab Prezident, Ali Baş Komandanım mənə çox hörmət elədi, məni o zaman işdən çıxartmalı idi. Açığı, onda özüm də işdən getməyə hazırlaşırdım. Ancaq xidmətlərim nəzərə alındı və işimə davam etməyim məsləhət oldu.

Bilirsiniz ki, mən döyüşçü olmuşam, “DOSAAF”ı yenidən qurmuşam, snayperlər, paraşütçülər, istehkamçılar və kəşfiyyatçılar kursu açdım, xeyli işlər gördüm. Bu xidmətlərimə görə də işimdə saxlanıldım, nəinki “uvolit” olundum, hətta vəzifəm bir pillə artırıldı. Ancaq bu dəfə hadisə ilə bağlı cənab Prezidentə məruzə edilib və o da qərarını verib.

Mən özümdən başqa heç kimdə günah görmürəm. İki oğlum, bir qızım var. Bu, mənim sonbeşiyimdir, bir az ərköyün böyütdük. İdmançı uşaqdır, 1200 metrdən paraşütdən tullanmaq üzrə dünya rekordçusudur. Uşaqla hələ ki, görüşməmişəm. Bu gün günorta ona yemək aparacaqlar, ancaq özüm getməyəcəm.

Mən bir ata kimi, bir general kimi bütün valideynlərə səslənirəm, yeri gələndə övladlarını sıxsınlar, xüsusilə, oğlan uşaqlarına lap bir şillə vursunlar ki, onlar pis hərəkətlər etməsinlər”.
Qeyd edək ki, Novruzəli Hüseyn oğlu Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad olunub.
Xəbəriniz olsun

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

Facebook