Benzin bahalaşdı: Tarif Şurasından şok qərar

15 iyul 2017
Benzin bahalaşdı: Tarif Şurasından şok qərar
Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib.

Tarif Şurasının Katibliyinin məlumatına görə, ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdimə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, Aİ-92 markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılıb.

Tarif Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minib.

Tarif Şurası qeyd edib ki, tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

virtualaz.org
Xəbəriniz olsun

21.07.2017 - Füzulidə yas mərasimləri: Sadə, israfsız, islami qaydalara uyğun

21.07.2017 - “Nar” Azərbaycana səfər edən qonaqlar üçün “Xoş gəldin” paketini təqdim edir

20.07.2017 - Füzulidə torpaqların təyinatına uyğun istifadəsinə nəzarət gücləndirilib

17.07.2017 - Putin Əliyevlə Sərkisyan arasında görüş təşkil edir

17.07.2017 - Azərbaycanda avtobus aşıb – yaralılar var

17.07.2017 - “Nar” sosial şəbəkələrdəki abunəçi sorğularında 100%-lik nəticə göstərib

17.07.2017 - Mingəçevirdə kütləvi zəhərlənmə, yoxsa mədə pozğunluğu?

17.07.2017 - Azərbaycanda nazir işdən çıxarıldı: general ev dustağı oldu

17.07.2017 - Elza benzinin bahalaşmasına şeir yazdı: “Qoy qaldırsınlar, sən də qaldır, mən də qaldırım…”

15.07.2017 - Tarif Şurasından dərmanlarla bağlı YENİ QƏRAR

15.07.2017 - Benzin bahalaşdı: Tarif Şurasından şok qərar

13.07.2017 - "Bolge.tv" 4 yaşını qeyd etdi

13.07.2017 - Tağı Əhmədovun ölkədə və xaricdə əmlakı açıqlandı: Akif Çovdarov keçmiş rəisdə sirr qoymadı

12.07.2017 - Gülən Türkiyəyə ekstradisiyaya razılaşdı

12.07.2017 - Oğluna görə işdən çıxarılan general: “Uşağı başlı-başına buraxmışam…”

12.07.2017 - Həmsədrlər Əliyevlə Sarkisyanın görüşünü təklif etdilər - BƏYANAT

12.07.2017 - Azyaşlı Zəhranın qanına qəltan edilməsi bir daha lənətləndi - FOTOLAR

12.07.2017 - “Saqqal və hicabdan imtina edin”- Tacikistan prezidenti

11.07.2017 - Oğlu həbs olunan general işdən çıxarıldı – SƏRƏNCAM

Facebook