Qarabağa görə 120 minlik Rusiya qoşunu?

27 iyul 2017
Qarabağa görə 120 minlik Rusiya qoşunu?
Rusiyanın Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru tədricən irəliləməsinin və bu separatçı bölgədə keçirdiyi irimiqyaslı hərbi təlimlərin məqsədi Ermənistana 120 minlik hərbi kontingent yeritməkdir. Virtualaz.org xəbər verir ki, bu açıqlama ilə Gürcüstnanın keçmiş müdafiə naziri, nüfuzlu dövlət xadimi Dmitri Şaşkin “Pirveli radio”ya müsahibəsində çıxış edib.

Şaşkinin sözlərinə görə, əgər 2008-ci ilin avqust müharibəsində Rusiyanın bir nömrəli hədəfi Gürcüstan idisə indi Gürcüstan Rusiyanı sadəcə olaraq Ermənistana dəhliz kimi maraqlandırır. Çünki Rusiya Gürcüstanda öz hökumətini oturdub, indi isə onun hədəfi Qarabağ və İrandır.

Keçmiş müdafiə naziri bildirib ki, rusların məqsədi Gürcüstanda ona yaxın hökumətin əliylə Abxaziya dəmir yolunun açılması idi. Bu plan baş tutmadığına görə indi onlar “B” planına keçiblər. Bu, quru yolu ilə Ermənistana dəhliz açmaqdır.

“Rusiya planlı şəkildə regionda eskalasiya hazırlayır. Rusiya Baş qərargahına görə regionda iki potensia təhdid var-İran və Qarabağ”-Şaşkin deyib. Gürcüstanın keçmiş müdafiə naziri çox güman ki, ABŞ-ın İrana mümkün müdaxiləsi halında regionda Rusiyanın maraqlarına qarşı yarana biləcək təhdidi nəzərdə tutub. Çünki Rusiya üçün İran birbaşa təhdid deyil.

Şaşkin deyib ki, Rusiya Cənubi Osetiyadakı hərbi qüvvələrini Ermənistandakı Gümrü hərbi bazasına yol açmaq üçün hazırlayır. Onun sözlərinə görə Gümrü bazası vasitəsilə Rusiya regiona, o cümlədən Qarabağa nəzarət edir. “Rusiya gizlətmir ki, Gürcüstan üzərindən Ermənistana dəhliz açmaq istəyir. Bunu başa düşməyən ancaq bizim hökumətdir. Hökumət hesab edir ki, Rusiyanı sığallasaq onlar bizdən əl çəkəcək. Təəsüf ki, Rusiya bizdən əl çəkmir. Rusiyanın regiondakı əsas hədəfi hazırda Gürcüstan yox, Azərbaycan və İran, konkret olaraq Qarabağdır”, - Şaşkin bildirib.

Keçmiş müdafiə nazirinin fikrincə Rusiya Gürcüstan üzərindən Ermənistana 120 minlik korpus yeridəcək, bu isə Gürcüstanın faktiki işğalı deməkdir. Şaşkinin dediyinə görə, 2012-ci ildən sonra Rusiya Abxaziya dəmir yolunun açılması üçün çox çalışıb, ancaq bu baş tutmayıb. “Gərək bu saat bizim baş nazir və xarici işlər naziri Vaşinqtonu, Ankaranı, Brüsseli dolaşıb təhlükə barədə car çəksin, onlar isə bunu etmirlər”, - Şaşkin deyib.
Xəbəriniz olsun

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

14.11.2017 - Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

13.11.2017 - Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Facebook