Füzuli rayonunda pambıq tədarükü məntəqəsi tikilir

28 iyul 2017
Füzuli rayonunda pambıq tədarükü məntəqəsi tikilir
Prezident cənab İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqları Füzuli rayon İcra Hakimiyyətinin qarşısında duran ən vacib və strateji əhəmiyyətə malik məsələlərdəndir. Prezident cənab İlham Əliyevin ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq Füzuli rayonda 2050 ha ərazidə pambıq əkilib. Pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə minlərlə insan cəlb edilib, onların məşğulluğu təmin edilib.
Əvvəllər rayonda pamqın tədarükü məntəqəsi olmadığına görə rayonun pambıq istehsalçıları istehsal etdikləri məhsulu qonşu rayonlardakı tədarük məntəqələrinə təhvil verirdilər ki, bu da əlavə vəsait və vaxt itkisinə səbəb olurdu. Hazırda Horadiz şəhəri ərazisində 6 hektar ərazidə pambıq tədarükü məntəqəsinin tikintisinə başlanılmışdır. Yaxın günlərdə məntəqənin tikintisi başa çatacaqdır. Pambıq tədarükü məntəqəsinin işə düşməsi hesabına rayonda onlarla əlavə iş yerləri açılacaq, həm də rayonun pambıq istehsalçıları istehsal etdikləri məhsulu vaxt və vəsait itirmədən təhvil verə biləcəklər.
Füzuli rayonunda ənənəvi, strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli olan baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir. Belə ki, cari ildə füzulili kümçülər tərəfindən 25 tondan artıq yaş barama istehsal edilib. Füzuli rayonu barama istehsalında respublikada ikinci nəticə əldə etmişdir. Rayonun kümçüləri qısa müddət ərzində 25 ton məhsul istehsal edərək yüksək qazanc əldə ediblər. Lakin rayonda istehsal olunan barama Şəki İpək ASC təhvil verilirdi ki, bu da əlavə vaxt itkisinə səbəb olurdu. Yaxın günlərdə Füzuli rayonunda qonşu 5 rayonu da əhatə etməklə barama qəbulu və tədarükü məntəqəsinin tikintisi nəzərdə tutulub ki, bu da həm əlavə iş yerlərinin yaranmasına həm də rayonda baramaçılığın daha da inkişaf etdirilməsinə səbəb olacaqdır.
Füzuli rayonunun pambıq və barama istehsalçıları öz işlərini ölkə başçısı cənab İlham Əliyevin Sabarabad rayonunda pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsində qarşıya qoyduğu vəzifələr üzərində qurmaqla növbəti ildə daha çox pambıq və barama istehsal etməyi nəzərdə tuturlar.
Xəbəriniz olsun

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

17.10.2018 - Trampın müşaviri İlham Əliyevlə Bakıda nədən danışacaq? - Pərdəarxası...

16.10.2018 - Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

16.10.2018 - Paşinyan istefa verdi və...üzr istədi

Facebook