“Azərsu”dan qeyri-müəyyən cavab və Prezidentə şikayət

02 avqust 2017
“Azərsu”dan qeyri-müəyyən cavab və Prezidentə şikayət
Gəncə şəhəri,Əziz Əliyev küçəsi,11 ünvanda yaşayam Cavadov Elçin Məhəmməd oğlu ölkə rəhbərliyinə müraciət edib. Surəti Savash.org-a da göndərilən həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
Cənab Prezident,mənim Sizə ünvanladığım şikayət məktubuna Azərbaycan Respublikası “Azərsu” açıq səhmdar cəmiyyəti tərəfindən belə bir qeyri-müəyyən cavab göndərilib.
Sizin içməli su təchizatı ilə bağlı Azərbaycan Respublikası Prezidentinə və “Azərsu” ASC-nin sədrinə etdiyiniz müraciətə “Birləşmış Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır.Məlumat üçün bildiririk ki,Əziz Əliyev küçəsində yaşayan əhali və digər abonentlər içməli su ilə ərazidə yerləşən dalma və mərkəzdənqaçmə nasosları vasitəsi ilə təmin edilir.Nasoslarda yaranmış nasazlıq müəssisə tərəfindən bərpa edilərək vətəndaşlara tərtib edilmiş qrafik üzrə su verilir və suyun verilməsi nəzarətdə saxlanılır.
İmza: Direktorun birinci müavini Vəli Həsənov
Cənab Prezident, məlumunuz edirik ki,Gəncə şəhərində içməli su xüsusi su maşınları ilə daşınaraq yaşayış binalarının qarşısında 10 litri 40 qəpiyə satılır və yaxud “Qazel” tipli maşınlarda kanistrlərə doldurularaq 10 litri 40-50 qəpiyə pərakəndə şəkildə satılır.Bizim şikayət etdiyimiz su isə , “Azərsu” rəhbərliyinin ərizəmizə cavabında iddia etdiyi kimi içməli su deyil.Bu artezian suyudur və yüksək codluq dərəcəsinə malikdir.
Digər tərəfdən, bu su ambara vurulur və bu ambarın içərisində isə siçovul leşinə kimi hər şey var.Həmin ambardan isə iki gündən bir, 30 kVt-lıq mərkəzdənqaçma nasosu ilə cəmi 2 saat müddətinə növbə ilə yaşayış binalarına verilir.Əhali isə bu suyu “Aqidel” tipli motorlarla yaşayış binalarının damında olan su çənlərinə vurur və qənaətlə istifadə edir.Bu su içməli su ola bilərmi?
Digər tərəfdən mənim şikayət məktubum tamamilə başqa məzmundadır. Mənim yazdığım şikayət məktubu aşağıdakı məzmundadır .
Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEV cənablarına
Məlumunuz edirik ki,biz Gəncə şəhər,Əziz Əliyev küçəsində yaşayırıq. Biz məcburiyyətdən Sizə müraciət edirik,aidiyyəti orqanlara dəfələrlə müraciət etsək də, hələ də heç bir tədbir görülməyib.
Məlumunuz edirik ki, yaşadığımız ərazini su ilə təmin edən artezian motoru 27 ədəd 4 mərtəbəli yaşayış binasına , çoxlu həyət evlərinə,1 universitet binasına xidmət edir.Əvvəllər burada suyu təzyiqlə verən motor 55 kVt gücündə idi.Su idarəsi bu motoru 45 kVt-lıq motorla əvəz etdi.Onsuz da biz su ilə təmin olunmurduq.Bu motorun verdiyi su yaşayış binasınin 2-ci mərtəbəsinə ancaq qalxırdı.Hər bir adam əlavə olaraq “Aqidel” markalı motor qoşurdu ki,su götürə bilsin. İndi isə su idarəsi xeyli vaxtdır ki, həmin 45 kVt-lıq motoru 30 kVt-lıq motorla əvəz edib.Hələ üstəlik, yaxınlıqda olan özəl tədris kursu və uşaq baxçası yerləşən binanı,habelə təzə qurulan Gəncə Avropa Parkını da daimi olaraq bu xəttə qoşublar, oradakı su çiləmə qurğuları da bura qoşulub. Nasosxanada su iri bir ambara yığılır və oradan da həmin 30 kVt-lıq mühərriklə əraziyə verilir.Bu ambarın içərisində isə antisanitariya hökm sürür.
Yaşayış binalarına su iki gündən bir 2 saat verilir.Bu 30 kVt-lıq motorun gücü çatmır,nəticədə su birinci mərtəbələrə gəlmir ki,heç olmasa “Aqidel” nasoslarından istifadə edib su götürək.Su idarəsinə dəfələrlə müraciət etmişik,tədbir görən yoxdur.Şəxsən mən, dəfələrlə su maşınları gətirib çənə su vurdurmuşam.Su verilməsə də bizə borc olaraq su pulu yazılır. Xahiş edirik ki,ərazini su ilə təmin edən mərkəzdənqaçma nasosunun yenidən 55 kVt-lıq qoyulması üçün aidiyyəti şəxslərə lazımi göstəriş verəsiniz .
Hörmətlə, Elçin Məhəmməd oğlu Cavadov
Ünvan: Gəncə şəhəri,Əziz Əliyev küçəsi,11″
Xəbəriniz olsun

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

Facebook