Sumqayıtda yataqxanada partlayış: 25 nəfər yaralanıb

06 avqust 2017
Sumqayıtda yataqxanada partlayış: 25 nəfər yaralanıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda yataqxanada baş verən yanğınla əlaqədar məlumat yayıb.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, yanğın Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində baş verib.

Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 21:37-də söndürülüb.

* * *23:10

Sumqayıtda yataqxanada partlayış, ardınca yanğın olub.

Sumqayıt Təcili Yardım Xəstəxanasından verilən məlumata görə, 25 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin qeyd edilir ki, 1 nəfər 14 yaşlı qızın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

* * *22:07

Hadisə Sumqayıtın 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəıadə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğın saat 22:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yataqxanada məcburi köçkün ailələrinin yaçadıöğı bildirilir. ("Trend")
Xəbəriniz olsun

12.12.2017 - BALACA CAHANDARA DƏSTƏK OLAQ!

12.12.2017 - Azərbaycanda ərzaq məhsullarının qiymətləri 17,1% bahalaşıb

12.12.2017 - Fazil Məmmədov vəzifəsini itirməklə can qurtarmayacaq: mülkünə əl qoyuldu

12.12.2017 - Qanlı olayın təfərrüatı: Gəlinini qonşu kişi ilə hamamda tutdu...

12.12.2017 - İcra başçısı müəllimlərə zorla pambıq əkdirir - Neftçalada etiraz

12.12.2017 - Qurban Qurbanov təsdiqlədi - Rəşad Sadıqov U-21-də!

12.12.2017 - Qayınata ərinə xəyanət edən gəlinini başından güllələdi – Bakıda

12.12.2017 - Putin və Ərdoğan Trampın qərarını qınadılar

12.12.2017 - Bakıda zirzəmidən yanmış kişi meyiti tapıldı

12.12.2017 - Nyu-Yorku ayağa qaldıran terrorçu: "Bu Qüdsə görədir..."

12.12.2017 - Ulduzlar dekabrın 11-nə nə vəd edir - FAL

12.12.2017 - “Nar” BakuTel stendində keçirilmiş müsabiqənin qalibləri mükafatlandırıldı

11.12.2017 - İlqar Məmmədov prezidentin köməkçisini söhbətə çağırdı: "Razıdırsa, gəlsin danışaq..."

11.12.2017 - Putin Ərdoğanla danışıqlar üçün Ankaraya gedib

11.12.2017 - Saakaşvili məhkəmə zalından azadlığa buraxıldı

07.12.2017 - Salyandakı tükürpədici qətliamın TƏFƏRRÜATI: manyak-qatil dörd qızını və arvadını necə öldürüb?

07.12.2017 - Ziya Məmmədovun mühafizəçiləri öldürülüb - İzlər kimə aparır?

07.12.2017 - “Qarabağ”ın futbolçusu Çempionlar Liqasının ən yaxşısı seçildi

07.12.2017 - Tramp Yaxın Şərq “bombasının fitilini çəkdi” – fəlakət ssenarisinə start!

Facebook