“Vətənim Azərbaycan” adlı sərgi-tədbir keçirilib - FOTO

20 avqust 2017
“Vətənim Azərbaycan” adlı sərgi-tədbir keçirilib - FOTO
17 avqust 2017-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev Meydanında “Vətənim Azərbaycan” adlı sərgi-tədbir keçirilib

Tədbir Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin və Şirvan şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin 05 iyun 2017-ci il tarixli, 1804/04 nömrəli məktubunun icrası ilə əlaqədar yay aylarında bölgələrə gələn xarici və yerli turistlər eləcə də şəhər sakinlərinin yay istirahətlərinin səmərəli təşkili məqsədilə reallaşdırılıb.
Tədbirdə Şirvan şəhər İcra Hakimiyyəti başçisinin birinci müavini Samit Abiyev, Şirvan şəhər Heydər Əliyev Mərkəzi,Şirvan şəhər Tarix-diyarşünasliq muzeyi,Şirvan şəhər Mərkəzi Kitabxanası,Şirvan Dövlət Rəsm Qalereyası,Şirvan şəhər Bələdiyyəsi,Şirvan şəhər Statistika İdarəsi,Haciqabul rayon Heydər Əliyev Mərkəzi,Haciqabul rayon Mədəniyyət Mərkəzi,Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin Haciqabul rayon nümayəndəliyi və şəhər sakinləri iştirak ediblər. Qonaqlara Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, baş fond mühafizi Bahar Abasova sərgidə olan əsərlər barədə və Mərkəzdə fəaliyyət göstərən kurslar barədə ətraflı məlumat verdi. Sərgidə 15-dən çox rəssamın 50-dək sənət əsərləri nümayiş edilib. Sərginin ekspozisiyasında vətənpərvərlik,qəhrəmanliq,təbiət mövzusuna həsr olunan əsərlər yer alıb.Şirvan və Hacıqabul mədəniyyət işçilərinin birgə əməkdaşlığı bundan sonra da davam edəcək.Sentyabr ayında daha böyük sərginin Hacıqabul rayonunda Heydər Əliyev parkında keçirilməsi planlaşdırılır.
“Vətənim Azərbaycan” adlı sərgi-tədbir keçirilib - FOTO
Xəbəriniz olsun

16.07.2018 - DÇ-2018-in ən yaxşıları açıqlandı

16.07.2018 - Gəncə hadisələrinin kölgədəki rejissoru: Tohid İbrahimlinin "Hüseynçilər" dəstəsi

16.07.2018 - ERMƏNİ KƏŞFİYYATÇISI ƏSİR GÖTÜRÜLDÜ – Diversiya cəhdi + FOTO

16.07.2018 - Gəncədə polisi qətlə yetirən Rəşad necə zərərsizləşdirilib? - DİN açıqladı

15.07.2018 - Azərbaycanın xüsusi xidmət orqanları Elmar Vəliyevə sui-qəsddə "Qum izi" aşkarladılar

15.07.2018 - Sumqayıta xüsusi təyinatlı bölmələr daxil oldu: həbslər başladı

14.07.2018 - Azərbaycan Milli Demokrat Partiyasının Gəncə hadisələri ilə bağlı bəyanatı

14.07.2018 - Nəsimi rayonunda sakinlər “müdafiə səddi” qurdular: İCRA BAŞÇISI "SƏNGƏRİN O TAYINDA" QALDI

14.07.2018 - Gəncədə Elmar Vəliyevə sui-qəsdin daha bir iştirakçısını həbs etdilər

14.07.2018 - Bakıda lift şaxtaya düşdü: Xəsarət alanlar var

14.07.2018 - Ramil Usubov polis rəislərini topladı

13.07.2018 - Qətlə yetirilən polis polkovniki onunla gəlmək istəyən həmkarına: "Gəncəlilər mənə əl qaldırmaz..."

13.07.2018 - İlham Əliyev: Gəncədəki hadisələrin arxasında xarici güclər durur

Facebook