"Onu hansı məqsədlə saxladığımızı bilmədim, yalnız tapşırığı yerinə yetirdim..." - MTN İŞİ

22 avqust 2017
"Onu hansı məqsədlə saxladığımızı bilmədim, yalnız tapşırığı yerinə yetirdim..." - MTN İŞİ
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elşən Tağıyevin epizodu üzrə keçmiş MTN əməkdaşı Xalid Əliyev ifadə verib.
O bildirib ki, E. Tağıyevin saxlanılması ilə bağlı göstərişi MTN-in sabiq polkovniiki, intihar etmiş İlqar Əliyevdən alıb: "Biz də klinikanın qabağında həkim Elşən Tağıyevi saxlayıb, normal şəkildə MTN-nə gətirdik. Bu zaman ona qarşı təzyiq olmadı. Mən onu MTN-nə təhvil verib getdim. Qalan məsələlərlə maraqlanmadım. Onu hansı məqsədlə saxladığımızı bilmədim, yalnız tapşırığı yerinə yetirdim".
Bu zaman prokuror Fəhmin Hümbətov şahiddən vətəndaşın MTN-nə gətirilərkən hansı qaydada təhvil verildiyini soruşub. Şahid isə bunu bilmədiyini deyib.

Təqsirləndirilən Elçin Quliyev isə buna etiraz edərək, prokurora şahidi yönəltdiyini deyib: "Bizim rayon şöbəsinin əməkdaşı belə nazir və ya nazir müavininin əmri olmadan içəri daxil ola bilməzdi".
Prokuror da öz növbəsində şahidi yönləndirmədiyini deyib. Hakim də prokurorun fikrini təsdiqləyib.
Sonra zərərçəkmiş Mətləb Mustafayevin epizodu üzrə qohumu Tofiq Hümbətov şahid qismində ifadə verib. O, M. Mustafayevə görə öz şəxsi avtomobilində zorla saxlanıldığını deyib: "Mənim telefonlarımı əlimdən aldılar, evimdə axtarış apardılar. Soruşurdular ki, Mətləb Mustafayevlə bağlı hansı məxfi sənədlər var?"

E. Quliyev yenə də şahidin ifadəsinə etiraz edib: "Şahidin ifadəsi Mətləb Mustafayevin MTN-də çalışan qardaşı Malik Mustafayevin ölümü ilə bağlı ola bilməz. Mətləb Mustafayev yalnız silah saxladığına görə həbs olunub. Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər. Çünki bilmirsən ki, axtarışa gedəndə səni nə ilə qarşılayacaqlar. Bəlkə biri gül-çiçəklə, biri “Quran”la, biri də silahla qarşılayacaq?"

M. Mustafayev isə E. Quliyevin yalan danışdığını və onda silah olmadığını deyib.

Proses sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN-lə bağlı aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Elçin Quliyevə Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.
Xəbəriniz olsun

24.04.2018 - Heydər Əsədov "Ziya Məmmədova görə işdən çıxarılmısız" sualından belə yayındı – Açıqlama

24.04.2018 - MSK üzvləri mükafatlandırılır

24.04.2018 - Vüsal Novruzov üçün "əcəl zəngi": Səfər Mehdiyevin qisası uzun sürməyəcək

24.04.2018 - Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı + VİDEO

23.04.2018 - Paşinyan qələbə mitinqində açıqladı: “Gəldilər, dedim Sərkisyan 2 saat ərzində getməlidir”

23.04.2018 - Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub

23.04.2018 - Prezident hökumətdə boş qalan vəzifələrə təyinatlar etdi: GEDƏNLƏR, QALANLAR VƏ YENİLƏR

23.04.2018 - Gücləndirilmiş “Nar” şəbəkəsi Bakı Formula Qran Prisinə hazırdır

23.04.2018 - Prezident yeni təhsil nazirini təyin etdi

23.04.2018 - MTN-nin qadın generalı azadlıqda: qalan generallar həbsxanaya göndərildi

23.04.2018 - Serj Sərkisyan istefa verdi: "Mən səhvə yol verdim, Paşinyan haqlı idi"

23.04.2018 - Ermənistanda hərbçilər etirazçıların tərəfinə keçdi - VİDEO

23.04.2018 - Etiraz aksiyaları Yerevanın eyni zamanda bir neçə yerində keçirilir

Facebook