Abonent “Azərişıq” ASC-nin avtomobilinə od vurdu

22 avqust 2017
Abonent “Azərişıq” ASC-nin avtomobilinə od vurdu
“Azərişıq” ASC Lənkəran rayonunun Liman şəhərində sakinlərlə kütləvi mübahisə yarandığı barədə informasiya agentliklərindən birinin az əvvəl yaydığı xəbəri təkzib edir. ASC-nin mətbuat xidmətindən virtualaz.org saytına bildirildiyinə görə həmin şəhərin H.Aslanov küçəsində “Azərişıq”-a məxsus avtomobil texnikasına od vurulub, lakin bu sakinlərlə kütləvi mübahisə zəminində baş verməyib.

Açıqlamada deyilir ki, “Azərişıq” ASC-nin qəza xidmətinin əməkdaşları həmin əraziyə elektrik xətlərinin təmiri və borclu abonentlərə elektrik enerjisinin təchizatının dayandırılması üçün göndərilib. Briqada üzvləri işləri yekunlaşdırıb nahar edərkən 2015-ci ildən qalan borcuna görə elektrik enerjisi ilə təchizatı dayandırılmış abonent küçədə dayanmış avtomobil texnikasına-“Qazel” markalı qaldırıcı krana od vurub.

“Avtomobilin mühərrik hissəsində başlamış yanğın sakinlərin də köməyi ilə söndürülüb. İnsident zamanı avtomobilin yanında “Azərişıq” ASC-nin işçilərindən heç kim olmayıb və bu insidentin mübahisə zəminində baş verməsi haqda məlumatlar doğru deyil. “Azərişıq” ASC borcunu ödəmək əvəzində bu cür aqressiv hərəkətə yol verib şirkətin texnikasına ziyan vuran həmin abonentlə bağlı akt tərtib edərək hüquq-mühafizə orqanlarına təqdim edib”-açıqlamada bildirilir.
Xəbəriniz olsun

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

Facebook