“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

24 avqust 2017
“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir
“Nar Home” TV xidməti “12 ayı ödəyənə 2 ay hədiyyə!” və “6 ayı ödə, 7 ay izlə! sərfəli kampaniyalarını təklif edir. Bu kampaniyalar sayəsində mövcud B&BTV istifadəçiləri, “Nar Home” TV xidmətinin isə həm mövcud, həm də yeni abunəçiləri xidmətdən pulsuz yararlanmaq şansı əldə edirlər. Şərtlər çox sadədir: “12 ayı ödəyənə 2 ay hədiyyə!” kampaniyasına qoşulmaq üçün öncədən 12 aylıq ödəniş edərək 2 aylıq pulsuz TV xidməti əldə etmək, “6 ayı ödə, 7 ay izlə! kampaniyasından yararlanmaq üçün isə öncədən 6 aylıq ödəniş edərək 1 aylıq pulsuz TV xidməti qazanmaq olar.
B&BTV-nin texniki dəstəyi ilə təqdim edilən naqilsiz rəqəmsal “Nar Home” TV xidməti hazırda Bakı, Sumqayıt və Abşeron yarımadasında aktivdir. Yeni təkliflər müddətsizdir və həm cari, həm də yeni abunəçilər üçün nəzərdə tutulub. Ətraflı məlumatı 179 qısa nömrəsinə zəng etməklə, “Nar”-ın “Facebook” və “Instagram” səhifələrinə yazmaqla və ya nar.az internet səhifəsinə daxil olmaqla əldə etmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbəriniz olsun

18.10.2018 - Səudiyyəli jurnalistin qətlində şübhəli bilinən şəxs yol qəzasında öldü

18.10.2018 - Azərbaycanda casus yaxalandı: Hərbi sirlərimizi satırmış

18.10.2018 - "Hasarların uçqunu artıb, torpaq qatı yola doğru irəliləyir" - Qərargah

17.10.2018 - XİN Kəlbəcərdə Sidney qəsəbəsinin salınmasını şərh etdi

17.10.2018 - 22 yaşlı terrorçu Krımda 19 nəfəri öldürüb intihar etdi

17.10.2018 - “Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə edib

17.10.2018 - Əvvəl döyüblər, sonra dərmanla yatırdıb mişarla doğrayıblar...- jurnalistin qətlinin təfərrüatları

17.10.2018 - Bakıda sərnişindaşıma şirkətinin vəzifəli şəxsi həbs olundu

17.10.2018 - Şirvanda özbaşınalıq: hakim Neftçalanın “atanşik” baş memarını şəhid ailəsindən üstün tutur – Video

17.10.2018 - “ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

17.10.2018 - Bakıda daha bir ərazidə sürüşmə, istinad divarı uçdu

17.10.2018 - Bilqeyis Nəbiyevadan qeyri-adi ifa – VİDEO

17.10.2018 - AKP mətbuat katibi Səudiyyə Ərəbistanı konsulunun Türkiyəni tərk etməsi barədə

Facebook