Polis Mehman Əliyevi saxladı

25 avqust 2017
Polis Mehman Əliyevi saxladı
Vəzifə səlahiyətlərindən sui-istifadə və vergidən yayınmaqda şübhəli bilinir.

Onun 48 saat ərzində məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Turan agentliyinin direktoru Mehman Əliyev bu gün ifadə vermək üçün maırıldığı Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayon polis idarəsinə aparılıb. Ona dövlət tərəfindən təyin edilmiş vəkil təklif etsələr də, M.Əliyev imtina edib və vəkilinin Fuad Ağayev olduğunu bildirib.
Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdın yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə şübhəli şəxs kimi saxlanılan M.Əliyevin 48 saat ərzində qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılması gözlənilir.
Qeyd edək ki, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsinə çağırılıb. Bu idarədə agentliyə qarşı vergi qanunvericiliyinin pozulması haqqında ittihamlarla bağlı araşdırma aparılır.
Saat yarım sonra sosial şəbəkədə onun saxlanması haqqında məlumatlar yayılıb. Bir sıra KİV-lər onun həbs edildiyi haqqında məlumat belə yayıblar.
Saat 17:45-də Mehman Əliyev özü şəhər telefonu ilə agentlikdəki həmkarlarına zəng edib və hələ də Vergilər Nazirliyində olduğunu, amma heç nə baş vermədiyini bildirib. “Onlar oturub nə isə gözləyirlər”, deyən Mehman Əliyev əlavə edib ki, vəkil Fuad Ağayev də onun yanındadır.
Öz növbəsində, bu işi aparan müstəntiqlər şərh verməkdən imtina ediblər, “tezliklə hər şeyin məlum olacağını” bildiriblər.

Vəkil Fuad Ağayev Turan-a bildirib ki, Mehman Əliyevin saxlanılması zamanı qanun pozuntusuna yol verilib. O qeyd edib ki, cümə axşamı günü saat 15:00-da Apellyasiya Məhkəməsində agentliyin Nəsimi rayon məhkəməsinin agentliyin ofisində axtarış aparılması haqqında qərarından verdiyi şikayətə baxılıb. Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. İclasdan sonra müstəntiq və prokuror Əliyevə “40 dəqiqəlik dindirmə” üçün birlikdə Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentinə getməyi təklif ediblər. Vəkil Ağayev Əliyevə əvvəlcədən məlumatlandırılmadığına və bildiriş almadığına görə istintaq departamentinə getməkdən imtina edə biləcəyini bildirib.
Amma M.Əliyev çəkinəcək heç nəyi olmadığına görə gedəcəyini deyib.
Vəkil onunla birlikdə gedib. Vergi Cinayətləri Departamentində Əliyevi və Ağayevi bir otaqda saxlayıblar. Saat 17:50 radələrində müstəntiq Vüsal İbadov vəkildən order istəyib. Buna cavab olaraq Ağayev Əliyev şahid qismində dindirildiyinə görə orderə ehtiyac olmadığını bildirib.
Öz növbəsində, müstəntiq bildirib ki, Əliyevin statusu “dəyişib”. Cavabda vəkil artıq iş gününün sonu olduğunu və indi order təqdim edə bilməyəcəyini bildirib.
Bundan sonra vəkili Departamentin binasından çıxarıblar. Bu zaman vəkil qeyd edib ki, müstəntiq M.Əliyevin statusunun dəyişdiyini bildirməmişdən əvvəl hakimiyyətyönlü KİV artıq agentliyin direktorunun saxlanıldığı haqqında məlumat yayırdı.

“Bu, öz-özlüyündə Mehman Əliyevin saxlanılması barədə sifarişin hansı səviyyədə verildiyini göstərir”, deyə vəkil bildirib. O, istintaqın hərəkətlərini qanunsuz adlandırıb, belə ki, vəkilin iştirakına baxmayaraq, onu hüquqi müdafiədən məhrum ediblər.

Daha sonra M.Əliyev özü Turan-a zəng edib və 213.1 (vergi ödənişindən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələr üzrə şübhəli şəxs statusunda saxlanıldığını bildirib. O, ən tez cümə günü, Ağayev order aldıqdan sonra məhkəməyə çıxarılacağını güman edir.
Qeyd edək ki, dünən Mehman Əliyev və agentliyin mühasibi Ramil Əliyev Vergilər Nazirliyində 8 saat ərzində dindiriliblər. Turan Agentliyi 37 min manat məbləğində verginin ödənilməməsi haqqında iddiaları qətiyyətlə təkzib edir və hesab edir ki, bu cinayət işi agentliyin yaradıcı kollektivinin azad peşəkar fəaliyyətinə qarşı yönəlib.
Xəbəriniz olsun

20.02.2018 - İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

20.02.2018 - Arzu Rəhimovun yeni müavinləri kimdir? - Biri icra başçısının qardaşı, digəri sabiq deputat oğludur

20.02.2018 - Ziya Məmmədovun evindəki yanğında 2 azyaşlı xəstaxanaya düşdü - DİN-dən açıqlama

20.02.2018 - Ziya Bünyadovun qatilindən sensasiyalı açıqlamalar: “İrandan gələn stilist 1 ay bizə qrimlənməyi öyrətdi”

20.02.2018 - Prezident borcların silinməsini təklif edib - Layihə Milli Məclisə göndərildi

20.02.2018 - “Özləri yanıb külə donsünlər!”

20.02.2018 - Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

20.02.2018 - Bakıda restoranda musiqiçilər arasında dava düşdü - Biri xəsətxanalıq oldu

20.02.2018 - İranda xalq ayağa qalxdı – Ordu və yerli sakinlər arasında toqquşma

20.02.2018 - Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar

19.02.2018 - Maliyyə Nazirliyində nə baş verir?

19.02.2018 - Ramil Usubova qarşı DYP-də müxalifət cəbhəsi: Zeynalovun post, Nuriyevin “cənnət otağı” biznesi

19.02.2018 - Ziya Məmmədovun evi yandı

19.02.2018 - Türkiyə Ordusu Afrində daha üç kəndi terrorçulardan təmizlədi

19.02.2018 - Hakim doqquz futbolçunu meydandan qovdu, oyun dayandı

19.02.2018 - “Karqo Şamil”in obyektlərində əməliyyat - saxlananlar var

19.02.2018 - Ziya Bünyadovun qatili həbsxanada danışdı – sensasion açıqlamalar

19.02.2018 - Füzulidə kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları təşkil olunub-FOTO

19.02.2018 - Anar İsa Qəmbərdən gileyləndi: "Niyə demir ki..."

Facebook