Azərbaycanda “vorzakon”lar arasında atışma – Quliyə qarşı

25 avqust 2017
Azərbaycanda “vorzakon”lar arasında atışma – Quliyə qarşı
Azərbaycanlı kriminal avtoritetlər arasında yeni “müharibə” başlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rosbalt” hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb. Artıq bir qrup “qanuni oğru” azərbaycanlı qanqsterlərin lideri Nadir Səlifova (Lotu Quli) mesaj da göndərib. Belə ki, Qulinin bir neçə adamı döyülüb, atışma baş verib. Səlifovun reputasiyasına bələd olan əməliyyatçılar onun tezliklə “müxalifətin ovuna” çıxacağını gözləyirlər.

Mənbənin sözlərinə görə, uzun danışıqlardan sonra 4 azərbaycanlı “vor zakon” Quliyə qarşı vahid müxalifət yaradıb. Söhbət Rafiq Eyvazov (Rafik Masallinski), Cavid Məmmədov (Dato Ağcəbədinski), Emin Əhmədov (Emin Hacıqabullu) və Ceyhun Əskərovdan (Ceyhun Gəncəli) gedir. Onların daha əvvəl Rövşən Lənkəranskinin klanına daxil olan avtoritetlərdən dəstək aldıqları da qeyd edilir. Həmin müxalifət qrupu arasında Lənkəranskinin qohumu Zaur da var.

Silahlı atışma ilə qeydə alınan qarşıdurmalardan birinin Azərbaycanda baş verdiyi qeyd olunur.

Mənbə onu da əlavə edi ki, “qanuni oğru”ların ona qarşı birləşməsi Quli üçün gözlənilməz olub. Lakin artıq özünə gələn avtoritet qruplaşmaya qarşı əməliyyata hazırlaşır.
Xəbəriniz olsun

11.10.2018 - Rusiya Avropa Şurasından çıxarıla bilər - Xəbərdarlıq

11.10.2018 - SSRİ-nin 5 qəpiyinin sahibi milyoner ola bilər: Diqqətlə baxın...

11.10.2018 - Paşinyan istefa verəcəyi günü açıqladı

11.10.2018 - “Korrupsiya dalğaları” Rauf Vəliyevin gəmilərini silkələyir - İTTİHAM

11.10.2018 - Taleh Qaraşovun Lənkərandakı idarəçiliyinə etiraz: "Rəzilliyin ünvanı..."

11.10.2018 - Zamirənin Londonda müsadirə edilən mülkləri, qolf klubu, özəl təyyarəsi... - FOTOLAR, İLK DƏFƏ

10.10.2018 - DİN Bakıda uşaqların "orqan mafiyası" tərəfindən "qaçırılması" iddiaları haqda

10.10.2018 - Kənan Məmmədov prezidentin siyasətinə qarşı: Bakı gömrüyü rəisinin “karandaş əməliyyatı”

10.10.2018 - “Nar”la bağlı suallara cavab ver və 250 danışıq dəqiqəsi qazan

10.10.2018 - İlham Əliyev: Tütün bitməyən ölkələr bizə siqaret ixrac edirlər, bu, dözülməzdir...

10.10.2018 - Serj Sarkisyan geri çəkildi, Paşinyan seçkiyə gedir

10.10.2018 - Rasim Məmmədov özünə zirehli maşın aldı - 1 milyon dollara (FOTO)

10.10.2018 - Bakı məktəbində 6-cı sinif şagirdi qaz balonu tətbiq etdi, 8 şagird xəstəxanaya aparıldı

Facebook