Gəncə Dövlət Universiteti yenidənhazırlanma (ixtisasdəyişmə) fakültəsində təhsil almaq istəyənlər üçün sənəd qəbulunun vaxtını sentyabrın 10-a kimi uzatdı

26 avqust 2017
Gəncə Dövlət Universiteti yenidənhazırlanma (ixtisasdəyişmə) fakültəsində təhsil almaq istəyənlər üçün  sənəd qəbulunun vaxtını sentyabrın 10-a kimi uzatdı
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Gəncə Dövlət Universiteti
2017/2018-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla əyani formada
yenidənhazırlanma (ixtisasdəyişmə) təhsili almaq üçün qəbul
elan edir
1. Təhsildə sosial-psixoloji xidmət
2. İnformatika müəllimliyi
3. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
4. Riyaziyyat müəllimliyi
5. Fizika müəllimliyi
6. Xarici dil müəllimliyi (İngilis dili)
7. Məktəbəqədər təlim və tərbiyə
8. İbtidai sinif müəllimliyi
9. Kimya müəllimliyi
10. Biologiya müəllimliyi
11. Tarix müəllimliyi
12. Coğrafiya müəllimliyi

Yenidənhazırlanma təhsili müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Gəncə Dövlət Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası»na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə müsabiqədə iştirak edə bilərlər.

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
- 3x4 ölçüdə 2 ədəd rəngli fotoşəki;.
- sağlamlıq haqqında arayış;
- şəxsiyyət vəsiqəsinin surəti;
- Təhsil haqqını ödəmək haqqında öhdəlik müqaviləsi.

Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə əsasında təhsil haqqı ödənilməklə yenidənhazırlanma təhsilinə qəbul edilirlər.
Qeyd: Sənədlər 01 iyul 2017-ci il tarixdən (istirahət günlərindən başqa) sentyabr ayının 10-a qədər saat 10:00-dan 17:00-dək GDU-nun V tədris binasında (otaq 25 ) qəbul edilir.

ÜNVAN: AZ 2000, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli 57
Gəncə Dövlət Universiteti, V tədris binası
Telefon: (022) 264 – 24 -44 (055)296-66-86
Xəbəriniz olsun

17.02.2019 - Ülvi Quliyevi Avropadakı siyasi mühacirlə nə bağlayır?

17.02.2019 - "A kişi, dedim kəs!" — Binəqədidə ağacların kəsilməsinə əmr verən məmur kimdir? (VİDEO)

16.02.2019 - Milli Şura mitinq təyin etdi: Hakimiyyətin əsəbləri fevralın 23-də sınağa çəkiləcək

16.02.2019 - Moskvada azərbaycanlını qətlə yetirmiş şəxslər Rostovda yaxalandılar

16.02.2019 - Qarabağ əlilləri Nərimanov RİH başçısı müavinin üstünə yeridi: "Sən kimsən?" - ŞOK VİDEO

16.02.2019 - Bir adamın yaşadığı ada uğrunda iki ölkə döyüşür

16.02.2019 - Prezidentdən Siyavuş Novruzovla bağlı SƏRƏNCAM

16.02.2019 - BƏZİ İXTİSASLAR LƏĞV OLUNDU, BƏZİLƏRİ BİRLƏŞDİRİLDİ – Ali təhsildə dəyişikliklər

16.02.2019 - Əlixanın təhqirləri, “Neolit”ə basqın, Qərib Orucovun güllələnməsi... - MOSKVADA ƏSLİNDƏ NƏ BAŞ VERİB?

16.02.2019 - Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib

15.02.2019 - Səhiyyə Nazirliyindən UCUZ ŞOU: Süni ürək əməliyyatı yalan çıxdı

15.02.2019 - İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdi

15.02.2019 - Zakir Fərəcovdan mətbuata fakt ötürən “memar”ın hekayəsi: Onun mediadakı “dostu” kimdir?

Facebook