Tanınmış jurnalistlər Prezidentə müraciət etdilər: “Mehman Əliyevə zamin dururuq”

30 avqust 2017
Tanınmış jurnalistlər Prezidentə müraciət etdilər: “Mehman Əliyevə zamin dururuq”
"Turan” Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə əlaqədar tanınmış media nümayəndələri ölkə Prezidentinə müraciət ünvanlayıblar.

Müraciəti "Yeni Nəsil” Jurnalistlər Birliyi adından Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyi adından Elçin Şıxlı, "Jurnalistikanın inkişafına yardım Mərkəzi” adından Qulu Məhərrəmli və müstəqil jurnalist İbrahim Nəbioğlu imzalayıblar. Müraciətdə deyilir: "M.Əliyevin jurnalistika sahəsində 29 illik fəaliyyəti gözlərimiz önündə keçib. Onun yeni Azərbaycanın mediasının, mətbuatın özünüidarəçilik mexanizminin formalaşmasında böyük xidmətləri var. M.Əliyev 26 il ölkənin ilk müstəqil informasiya agentliyinə rəhbərlik edib, ondan əvvəl də yalnız mediamızda yüksək peşəkarlıq nümunələri sayılan KİV-lərdə çalışıb. Digər tərəfdən, hazırda vergi orqanları tərəfindən "Turan” Agentliyinə qarşı irəli sürülmüş ittihamlar üzrə istintaq hərəkətlərinin M.Əliyev azadlıqda qalmaqla aparılmasına heç nə mane olmur. Agentliyin direktoru istintaqa təsir göstərməyə cəhd etməyib və həmkarımızı uzun müddət tanıyan şəxslər kimi əminik ki, etməyəcək. Bunun təsdiqi üçün biz M.Əliyevə zamin durmağa hazırıq”.

Müraciət müəllifləri bildirirlər ki, agentlik direktoruna qarşı irəli sürülən ittihamlar iqtisadi xarakterli olsa da, onun həbsindən sonra ictimai rəydə belə fikir üstünlük təşkil edir ki, jurnalist peşə fəaliyyəti ilə əlaqədar təqib olunur: "M.Əliyevin, həqiqətən, hakimiyyətin fəaliyyəti ilə bağlı ardıcıl tənqidi çıxışları olub, lakin onlar etik qaydalar və qarşı tərəfə hörmətli münasibət çərçivəsindən kənara çıxmayıb. Tənqid obyektlərindən isə kiminsə həmin çıxışlara fərqli münasibəti ədalət mühakiməsinin yürüdülməsinə təsir göstərməməlidir”.

Sənədi imzalayan şəxslər xatırladırlar ki, Azərbaycanın ən yaxın tarixində media və jurnalistlərlə bağlı böhranlı anlarda dövlət başçılarının işə qarışaraq gərginliyi aradan qaldırması halları az olmayıb. "Çox ümid edirik ki, cəmiyyətdə bu ənənənin davamı kimi qiymətləndiriləcək addım atacaqsınız”, – deyə müraciətdə bildirilir.

Həmkarlarının taleyindən narahatlıq keçirən müraciət müəllifləri istintaqın Mehman Əliyev azadlıqdan məhrum edilmədən aparılması üçün müvafiq təşkilatlara göstəriş verməyi ölkə Prezidentindən xahiş ediblər.

bakupost.az
Xəbəriniz olsun

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

Facebook