İcra başçısı səyyar-qəbul keçirib

31 avqust 2017
İcra başçısı səyyar-qəbul keçirib
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla növbəti səyyar-qəbul görüşü məcburi köçkünlərin məskunlaşdıqları 5 Zobucuq qəsəbə sakinləri ilə keçirib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Üçüncü Zobucuq qəsəbəsində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun xidmət təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qəbulda çıxış edən Alı Alıyev Zobucuq qəsəbələrində yaşayan məcburi köçkünlərin işıq, su, qaz və digər sosial qayğıları tam həll olunduğunu, əhalinin məcburi köçkünlər üçün nəzərdə tutlan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini vurğulayıb. Qeyd edib ki, qəsəbələrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, tibb məntəqəsi, poçt məntəqəsi, mədəniyyət evi mövcuddur. Bu yaxınlarda əhalinin öz kənd təsərrüfatı məhsullarını satmaları üçün yeni kənd təsərrüfatı məhsullarınını satışı yarmarkası istifadəyə vrilib. Qəsəbələrdə məskunlaşan məcburi köçkünlər həyatyani və pay torpaqları, o cümlədən örüş-otlaq sahələri ilə təmin ilə təmin olunub.

Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar Xidməti, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri qəsəbə sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook