Gəncə Təhsil İdarəsinin müdiri Elmar Vəliyevin adından pul yığır: “Hərə 20 manatdan...” – Şikayət

31 avqust 2017
Gəncə Təhsil İdarəsinin müdiri Elmar Vəliyevin adından pul yığır: “Hərə 20 manatdan...” – Şikayət
Gəncə şəhəri, 10 saylı məktəbin bir qrup müəllimi tərəfindən Savash.org-un elektron ünvanına şikayət məktubu daxil olub. Sözügedən məktubda Gəncə şəhərindəki 10 saylı məktəbin direktoru Arzu Əliyevanın özbaşına hərəkətləri barəfə kütləvi informasiya vasitələrində davamlı olaraq mənfi yüklü materilların yer aldığı xatırlanır. Daha sonra isə direktorun yeni işləklərindən söz açılır. Savash.org olaraq sözügedən şikayət məktubunu qısa ixtisarla diqqətinizə çatdırırıq:
“Bir vaxtlar deputat Hadı Rəcəbli təklif edirdi ki,müəllimlər işdən sonra dolana bilmirsə, gedib hörgü hörsün,daş daşısın,fəhləlik etsin. Əmək məcəlləsinə görə hər bir vətəndaş həftə ərzində 42 saat işləməlidir. Bundan artıq iş günü ola bilməz. Hadı müəllim deyirdi ki, orta əsrlərdəki kimi müəllim gündə 17 saat işləsin. Dövlətin vəzifəsi hər kəsi işlədiyi sahədə kifayət qədər maaş verərək ailəsini və özünü dolandırmaq üçün şərait yaratmaqdır. Hadı müəllimin dedikləri əmək qanunvericiliyində bütün prinsipləri pozmaq və insan əməyinin istismarı demək idi.
Amma deyəsən, Gəncə şəhər Təhsil İdarəsində Hadı müəllimin təklifini bir qədər modernləşdiriblər.Belə ki,biz müəllimlər 28 avqustda işə çıxan kimi, məktəbimizin qalmaqallı direktoru Arzu Əliyeva hamıya bildirdi ki,dünən bütün direktorları Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov iclasa yığmışdı.İclasda Zakir Hüseynov bildirdi ki,Gəncə şəhərində gedən abadlıq işləri ilə bağlı cənab başçı Elmar Vəliyev bizim də üzərimizə bəzi tapşırıqlar qoymuşdur. Gəncə şəhərində bir neçə yaşayış binasının dam örtüyünü ,habelə üzlüklərini biz təmir etməliyik.Ona görə də müəllimlərdən pul yığmaq lazımdır.Daha sonra Arzu Əliyeva bildirdi ki,hər bir müəllim təcili olaraq 20 manatdan pul verməlidir.
Apardığımız araşdırmalarla öyrəndik ki,Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov deyib ki, abadlıq işləri ilə bağlı hər bir məktəb direktoru, baxça müdiri və təhsillə bağlı rəhbər şəxslər 200 manat pul verməlidir.Direktor Arzu Əliyeva isə bu abadıq adı altında qazanmaq istəyir.Məktəbin hər bir müəllimindən və texniki işçilərindən məcburi qaydada 20 manatdan yığanda 1600 manatdan çox pul edir.Bunun da 200 manatı abadlıq adı altında Zakir Hüseynova verilir,yerdə qalan 1400 manatdan artıq pul isə direktor Arzu Əliyevaya qalır.Ona görə də hamıdan məcburi şəkildə , hədə qorxu ilə pul yığmaq Arzu xanım üçün sərf əlidir və bu pulun yığılması üçün xüsusi canfəşanlıq göstərir. Bu hərəkət iqtisadi vəziyyətin belə bir çətin vaxtında, qəpik-quruşla dolanan müəllimlərin cibinə girmək deyilmi?Müəllimin vəzifəsi dərs keçməkdir,yoxsa aldığı qəpik-quruş maaşdan balalarının boğazından kəsib bina təmir etmək?Bu ölkənin təhsil naziri Mikayıl Cabbarov hara baxır?Nə vaxta kimi Arzu Əliyeva kimilərinin haqqında bir tədbir görən olmayacaq?”
Savash.org
Xəbəriniz olsun

22.06.2018 - Pambıq tarlalarındakı kütləvi zəhərlənməyə görə 5 vəzifəli şəxs həbs edildi

22.06.2018 - Səfir Qüdsi Osmanovun oğlu sərhədi keçərkən saxlanıldı

22.06.2018 - “Nar”-dan “Samsung” smartfonu al, pulun bir hissəsi balansına qayıtsın!

22.06.2018 - Raqub Məmmədovun qardaşından reaksiya: "O adam mən deyiləm..."

22.06.2018 - 20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı - Lənkəranda - (+18) FOTO

22.06.2018 - Xorvatiya millisi argentinalıları darmadağın etdi

22.06.2018 - İsmayıllı: respublika rayonları içərisində də ilk nümunə və uğurlar

22.06.2018 - Bakı uğrunda amansız savaş: Abutalıbovun yerinə iki klanın namizədi kimdir?

21.06.2018 - Bir neçə şirkət rəhbəri həbs olundu - Göyçayda körpünün uçmasına görə

21.06.2018 - İranla sərhəddə atışma: General təcili Cəlilabada getdi

21.06.2018 - Ərdoğan koalisiya hökumətinin anonsunu verdi

21.06.2018 - Bir qrup əmanətçinin 100 milyon manata yaxın pulunu mənimsəyən bankir tutuldu

21.06.2018 - “Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...” - Mövlud Çavuşoğlu

Facebook