Elza Seyidcahanın yeni "şeir"inin izi ilə: "Tikim ağzınızı" ifadəsi kim(lər)ə ünvanlanıb?

02 sentyabr 2017
Elza Seyidcahanın yeni "şeir"inin izi ilə: "Tikim ağzınızı" ifadəsi kim(lər)ə ünvanlanıb?
Həəə, əslində hər şey zarafatla başladı, yəni ən azından bizə elə gəlirdi. Bir az da aydın desək, hər şey onunla başladı ki, bəstəkar-müğənni Elza Seyidcahanın kefinə şeir yazmaq düşdü, ya da nə bilək, başına ilham pərisi qondu. Xanım müğənni qafiyələnən sözləri yan-yana düzdükcə düzüb, qoşduqca qoşdu, təxminən belə:
Tüpürüm-tüpürüm,
Udum-udum,
Qurtum-qurtum,
İçim-içim,
Didim-didim,
Sicim-sicim
Kilim-kilim,
Dilim-Dilim,
Bilim-bilim,
Yıyım-yıyım
Tüpürüm sizə,
Hündür ağac başından?

İnsafən, oxucular da öz növbələrində müəllifə borclu qalmadılar, bu “şeir”lər sosial şəbəkələrdə paylaşıldıqca paylaşıldı, türkün sözü, dartışıldıqca dartışıldı.
Bu şeirlər paylaşılmaqda olsun, bir də ayılıb gördük ki, bəstəkar xanım özünü əməlli-başlı şairə hesab edir. Amma bununla da iş bitmədi, 2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Rəyasət Heyəti (AzərKİV) "İntervyü" jurnalı və "İntervyü-xəbər" qəzetinin keçirdiyi ictimai sorğu əsasında ədəbi yaradıcılıq və poeziya sahəsində qazandığı nailiyyətlərə görə Elza Seyidcahanı "İlin Şairəsi" fəxri media mükafatı ilə təltif etdi.
Buna da sözümüz yox, bu yaxınlarda gündəmə bomba kimi düşən başqa bir xəbərə görə isə Elza Seyidcahanın ARB telekanalında yayımlanan “Xalqın şair”i verilişində münsiflər kürsüsündə oturduğu məlum oldu.
Ədəbiyyat adamları haqlı olaraq, narazılıqlar, gileylər, etirazlar səsləndirməyə başladı. Savash.org bildirir ki, nəticə isə ondan ibarət oldu ki, Elza xanm bütün bu narazı insanları təzə şeirlə “mükafatlandırdı”:
Tikim,
Tikim sizin ağzınızı
Qırxayaq kimi.
Geyim cırım corabımı
Çatana kimi.
Cırın, cırın.
Siz də geyin, geyin, qaçın
Xəyallara batana kimi.
Tikim sizin ağzınızı yatana kimi.

Həə, necə deyərlə bu da bu… Sitatın sonu…Şounun ədəbiyyata, müğənninin şairə, münsifin izləyicə “ağız tikən” cavabı. Ağzınızdan muğayat olun…
Orxan
Savash.org
Xəbəriniz olsun

23.11.2017 - MN: Azərbaycan hərbi qulluqçusunun cəsədi neytral zonadadır

22.11.2017 - Ərdoğan: Qarabağ problemini yalnız Rusiya həll edə bilər

22.11.2017 - Rəsulzadənin xanımının məzarı tapıldı

22.11.2017 - Bakıda avtobus qəzaya düşdü: Yaralılar var

22.11.2017 - Abdin Fərzəliyevin özbaşınalığı Azərbaycan dövlətinin "başında çatladı": Narazılar Putindən kömək istədi

21.11.2017 - Putin Soçidə Bəşər Əsədlə görüşdü

21.11.2017 - İran-İraq sərhədində güclü zəlzələ baş verib

20.11.2017 - Azərbaycanlı adamyeyəndən dəhşətli etiraflar: "Qızları aparırdım Xaçmaza, ət maşınından çəkirdik, yeyirdik... ...

20.11.2017 - Xırdalanda doğuş zamanı komaya düşmüş 22 yaşlı ana dünyasını dəyişib

20.11.2017 - Təhsil İdarəsinin müdiri işdən azad olundu və saxlanıldı: Müəllim onu niyə bıçaqlamışdı?

20.11.2017 - Abdin Fərzəliyev işə gəlmir? - Şikayətçilər onu yerində tapa bilmir + İLGİNC İTTİHAMLAR, Video

20.11.2017 - "Qarabağ" - "Çelsi" oyunu üçün 400 avtobus ayrıldı

20.11.2017 - Bakıda zavodda partlayış: ölən və yaralananlar var

20.11.2017 - Məleykə Əsədova Ramiz Məlikdən 200 min istədi – Məhkəmə

20.11.2017 - Lotu Quliyə qarşı sui-qəsdin təfərrüatı

20.11.2017 - İcra başçısı pambığa görə 45 dəqiqə ərzində məmurları 126 dəfə söyüb: "...dağıdacam, it uşağı"

20.11.2017 - Telman İsmayılov: “Mən qatil deyiləm”

20.11.2017 - Sarkisyan Putinin qabağında ağladı və soruşdu ki... – Qapalı Moskva görüşündə nələr BAŞ VERİB?

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

Facebook