Rövnəq Abdullayev: "İndi iyirmi-iyirmi deyəcəm, məni lağa qoyacaqsız"

05 sentyabr 2017
Rövnəq Abdullayev: "İndi iyirmi-iyirmi deyəcəm, məni lağa qoyacaqsız"
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının San Marinoya 5:1 hesabı ilə qalib gəldiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Savash.org "Qafqazinfo"ya istinadən həmin sual-cavabı təqdim edir:

- Qələbə münasibətilə sizi təbrik edirik. Oyun barədə fikirlərini necədir?

- Normal, yaxşı futbol oynadıq. Oyuna yaxşı hazırlaşmışdıq. Norveçlə oyundan sonra belə qələbə yerinə düşdü, azarkeşlərimiz sevindi.

- Millimizin 5 qol vurması sizin üçün gözlənilməz olmadı?

- Norveçə məğlubiyyətdən sonra demişdim ki, San Marinoya ən azı 3 qol vurmalıyıq. Bildiyimə görə, heç vaxt 5 qollu qələbə qazanmamışdıq, həmçinin də qruplarda 10 xal qazanmamışdıq. Düzdür, qrupdan çıxmaq üçün şansımız qalmayıb. Amma autsayder olmamaq da yaxşı göstəricidir.

- Stadionun ot örtüyü bərbad vəziyyətdə idi. Bu fikirlə razısınız?

- Bərbad deyil. İstidə nəinki ot, insan da yanır. Düşünürəm ki, stadion normal vəziyyətdədir. Hava sərinləyən kimi, ot örtüyünün də vəziyyəti düzələcək.

- Qrup mərhələsəi başa çatmaq üzrədir. Millinin nəticələri ürəyinizcədir?

- Hamı istəyir ki, irəli gedək. "Qarabağ" ÇL-nın qrup mərhələsinə vəsiqə qazandı və bu, bizim üçün böyük uğurdur. İstəyirik ki, milli komandamız və klublarımız yüksək nailiyyət göstərsinlər. Biz də bunun üçün əlimizdən gələni əsirgəmirik.

- Yığmamız qrupda 10 xal qazanmaqla yeni rekord müəyyənləşdirdi. Bu, növbəti seçmə mərhələ üçün məsuliyyəti artırmır?

- Rekordları kənarda qoymalıyıq. Bunlar futbolda baş verən hadisələrdir. İlk dəfə bu qədər xal toplamışıq və bunun davamını gətirmək üçün çalışmalıyıq. Gəlin millini çox tərifləməyək. Çünki uşaqlar orbitdən çıxandan sonra özlərini ələ ala bilmirlər. Qarşıdakı oyunları gözləməliyik və qələbələrə ümid etməliyik. Norveçlə oyunda qələbə qazanacağımıza inanırdıq, amma alınmadı. Seçmə mərhələnin sonunu gözləyək və sonra oyunlarımızı analiz edəcəyik. İndi iyirmi-iyirmi deyəcəm, məni lağa qoyacaqsınız (gülür). 2020-ci ilin Avropa çempionatının qrup mərhələsinin bir neçə oyunu Bakıda keçiriləcək. Biz komandamızı gücləndirmək üçün çox çalışırıq və əsas hədəfimiz 2020-ci ildə keçiriləcək Avropa çempionatında uğur qazanmaqdır. Perspektivli futbolçularımız var və ümid edirik ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook