4 il instituta gedib-gəldi, hər il təhsil haqqı ödədi, diplom almaq zamanı gələndə isə...- AZƏRBAYCANDA KURYOZ OLAY

06 sentyabr 2017
4 il instituta gedib-gəldi, hər il təhsil haqqı ödədi, diplom almaq zamanı gələndə isə...- AZƏRBAYCANDA KURYOZ OLAY
“Bizə qarşı edilən cinayət faktının üstü qəsdən ört-basdır edilir.Ancaq baxmayaraq ki, həmin vəzifəli şəxslərin bizə qarşı dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, rüşvət alma, saxta sənəd tərtib etmə cinayətlərini təsdiq edən konkret və mötəbər subutlarımız var ”.

Bu fikirlər Ucar rayonu Alpı kənd sakini Nəbiyeva Sevil Məhəmmədəli qızı tərəfindən Savash.org-un elektron ünvanına göndərdiyi şikayət məktubundandır. Məktub müəllifi iddia edir ki, nəvəsi Nəbiyeva Aytən Nəbi qızının Gəncə Müəllimlər İnstituna 2011-ci il tarixdə qəbulu zamanı həmin institutun müəllimi Məmmədov Ələddin Hətəm oğlu onlardan bəribaşdan təhsil haqqı adı ilə 12000 (on iki min) manat pul alıb. Amma..

“Bundan sonra nəvəm Aytən Nəbiyeva Gəncə şəhərində kirayə evdə qalaraq 4 il həmin Azərbaycan Müəllimlər İnsitutunun Gəncə filialında təhsil aldı.4 il ərzində hər il təhsil haqqı olraq 1500 manat pul ödədik ki, buna dair qəbzlərimiz var.4 il ərzində hər altı aydan bir Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov imtahan adı ilə bizdən 500 manat pul almışdır.Sonradan diplomun verimə zamanı gələndə bizə məlum oldu ki, Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən.sui-istifadə edib bizi küllü miqdarda pulumuzu alıb bizi aldatmışdır.Bizə bildirildi ki, Aytən Nəbi qızı Nəbiyeva adlı tələbə Gəncə Müəllimlər İnsitutunda oxumayıb, sizi müəllim Ələddin Məmmədov aldadıb”.

Şikayətçi baş verənləri absurd adlandıraraq bunları yazır: “Necə olur ki, nəvəm düz 4 il Gəncə şəhərində kirayə evdə qalaraq Gəncə Müəllimlər İnsitutuna hər gün dərsə gedib, imtahamnlarda iştirak edib. Bütün bu faktlar onu deməyə əsas verir ki, bu ağır cinayət hadisəsini müəllim Ələddin Məmmədov tək törətməyib. Ancaq konkret və mötəbər subutlar var ki, Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə , vəzifə saxtakarlığı edərək, bizi aldadıb dələduzluqla küllü miqdarda pulumuzu almaqla ağır cinayət törətmişdir.Biz bu cinayət əməli barədə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qralova çoxlu sayda şikayət ərizələri göndərmişik, bizə ancaq kiçik bildiriş vərəqi göndərirlər ki, ərizəniz qeydə alındı, amma heç bir nəticəsi yoxdur.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik küllü miqdarda pulumuzu aldadıb alıb ağır cinayət törətmiş Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun və onu himayə edən vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz”
Sonda isə aldadılan tələbənin tələbə biletinin və ödəmə qəbzlərinin fotolarını da dərc edirik.
4 il instituta gedib-gəldi, hər il təhsil haqqı ödədi, diplom almaq zamanı gələndə isə...- AZƏRBAYCANDA KURYOZ OLAY
4 il instituta gedib-gəldi, hər il təhsil haqqı ödədi, diplom almaq zamanı gələndə isə...- AZƏRBAYCANDA KURYOZ OLAY
4 il instituta gedib-gəldi, hər il təhsil haqqı ödədi, diplom almaq zamanı gələndə isə...- AZƏRBAYCANDA KURYOZ OLAY
Xəbəriniz olsun

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

14.11.2017 - Cəmil Əliyevin “xərçəng biznesi”: Milli Onkologiya Mərkəzində nə baş verir?

13.11.2017 - Bakıda iki ölkənin səfirliyinə məxsus avtomobillər toqquşub

Facebook