Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat etdi

07 sentyabr 2017
Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə vəfat etdi
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib.

Bu barədə məlumatı AzərTAc-a Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib.

Xatırladaq ki, avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1944-cü ildə Tehran universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib.

Lütfi Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə "Elektrik mühəndisliyi və kompüter elmləri" kafedrasına rəhbərlik edib. Vəfat edənə qədər L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.

Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.

L.Zadənin ən böyük nəzəriyyəsi qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb.
Xəbəriniz olsun

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

Facebook