Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi

07 sentyabr 2017
Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildi
Horadiz şəhərində rayonun təhsil işçilərinin ənənəvi sentyabr konfransı və Füzuli rayonundan ali məktəblərə, hərbi məktəb və orta ixtisas məktəblərinə qəbul olunmuş tələbələrlə görüşü keçirilmişdir. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Təhsil Nazirliyinin nümayəndəsi Asif Hacıyev, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar, tələbə adını qazanmış şagirdlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransı rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində respublikamızın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Alı Alıyev qeyd edib ki, Füzuli rayonunda təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayondan ali məktəblərə daxil olan şagirdlərin sayı ildən ilə artmaqdadır.
Füzulidə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirildiSonra rayon Təhsil şöbəsinin müdiri Ramella Məmmədova 2016-2017-ci tədris ili ərzində Füzulidə görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. R.Məmmədova rayonda təhsilin bu günkü vəziyyəti, qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə danışıb. Bildirib ki, 2016-2017-ci dərs ilində rayonda 75 tam orta, 5 ümumi orta, 1 ibtidai məktəb, 1 musiqi təmayüllü gimnaziya, 5 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib. Ötən dərs ilində ümumtəhsil məktəblərində 12 min 988 nəfər şagird təhsil alıb. Rayonun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 375-i ali məktəblərə, 11-i isə xüsusi təyinatlı məktəblərə, 120-si isə orta ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 25 nəfəri 500-600 arası, 14 nəfəri isə 600-dan çox bal toplayıb. Qeyd olunub ki, Horadiz şəhərində Heydər Əliyev Fondu tərəfindən tikilərək istifadəyə verilən məktəbin şagirdləri qəbul imtahanlarında daha yüksək nəticə qazanıblar.
Görüşdə qəbul imtahanlarında yüksək nəticə göstərərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Tələbələr müəllim və valideynlərinin etimadını doğruldacaqlarına, bilik və elmlərə əzmlə yiyələnərək ölkəmiz üçün savadlı mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.
Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanmış gəncləri bir daha təbrik etmiş, onlara uğurlar arzulamışdır. Alı Alıyev tələbə adını qazanan gənclərə elmə, biliyə daha dərindən yiyələnməyi, yüksək ixtisaslı kadrlar kimi yetişməyi, harada olmalarından aslı olmayaraq Respublikamızın adını həmişə uca tutmağı tövsiyyə etmişdir.
Sonda qabaqcıl təhsil işçilərinə, o cümlədən qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gənclərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim edilib.
Xəbəriniz olsun

25.05.2018 - Neftçala polisinin rəisi balıq yetişdirəcək

25.05.2018 - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar – “Qayığa bağlıydılar” – Fotolar,Video

25.05.2018 - "Əmək haqqından tutulan vergilər azaldıla bilər" - Nazirdən anons

25.05.2018 - Keçmiş icra başçısının həbsdə ölum xəbərinə DİN-dən reaksiya

25.05.2018 - Bakıda məşhur klinikanın baş həkimi döyüldü - FOTO

24.05.2018 - “Paşinyan”la Britaniya xarici işlər nazirinin telefon danışığı yayıldı: "Qorxuram ki, Putin məni də zəhərləyə ...

24.05.2018 - "Qarabağ" 9 futbolçu ilə yollarını ayırdı

24.05.2018 - Aygün Kazımova: "Onunla yatmaq zövqlüdür, özünü sıxır mənə..."

24.05.2018 - “Səhər saat 9-45-də 1000 manat rüşvət verildi” - Baş redaktor BDYPİ-nin rüşvət mexanizmini ifşa etdi

24.05.2018 - Prezident əfv sərəncamı imzaladı: tam siyahı

24.05.2018 - Donald Tramp İlham Əliyevə məktub göndərdi

24.05.2018 - Azərbaycan “sendviç” kimi sıxılır - böyük güclərdən Bakıya təhdid

24.05.2018 - Elmar Məmmədyarova çağırış: “Qohumun İbrahimbəyovdan imtina et”

Facebook