Abid Şərifov Akif Əlizadənin Lütfi Zadəni təhqir etməsinə görə bərk qəzəbləndi: "Cəzasını alacaq!"

08 sentyabr 2017
Abid Şərifov Akif Əlizadənin Lütfi Zadəni təhqir etməsinə görə bərk qəzəbləndi: "Cəzasını alacaq!"
Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əlinin dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə ilə bağlı səsləndirdiyi fikirlər ölkədə böyük səs-küyə səbəb olub.

Məsələnin ciddiliyini və böyük səs-küy yaratdığını nəzərə alaraq, yerli KİV-lərdən biri baş nazirin müavini Abid Şərifovla əlaqə saxlayıb. O, məsələdən xəbərdar olduğunu, Akif Əlinin böyük yanlışlığa yol verdiyini bildirib.

”Lütfi Zadə dünyada sayılıb-seçilən bir alimdir. Onun haqda açıqlama verəndə, fikirləşərəm ki, mən necə danışmalıyam. Akif Əli, sən kimsən ki, dünya səviyyəli bir alim haqda belə alçaldıcı açıqlama verəsən?! Sənin buna mənəvi haqqın varmı?! Düzünü deyim ki, mənə bunu eşidəndə inanmadım. Dövlət başçısı, birinci vitse-prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb, başsalığı verib. Akif Əlinin bu açıqlamasını pisləyirəm. Çox biabırçı açıqlamadır”.

Baş nazirin müavini mətbuat katibinin cəzalandırılması və ya işdən çıxarılması haqda da danışıb: “Üzr istəmək günahdan azad olmaq demək deyil. Akif Əli ilə mən özüm də danışacam. Onun cəzalanması və ya işdən çıxarılması səlahiyyəti isə baş nazirə aiddir. Bu barədə danışdıqdan sonra qərar veriləcək. Belə açıqlama cəzasız qalmaz. Mən özüm bu danışıqdan heyrətə gəlmişəm. Lütfi Zadə ilə nəinki məmurlar, jurnalistlər, bütün Azərbaycan xalqı fəxr edir”.
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook