"Dedi ki, sən kişi deyilsən" - arvadını və nişanlı qızı vəhşicəsinə öldürən kişi

11 sentyabr 2017
"Dedi ki, sən kişi deyilsən" - arvadını və nişanlı qızı vəhşicəsinə öldürən kişi
"N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atası 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlunun məhkəməsi davam edir. Qurban Hüseynov arvadını və baldızı qızını qətlə yetirməkdə təqsirli bilinir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmənin baxış iclası keçirilib.

Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Qurban Hüseynov özünü təqsirli bildiyini deyib.

Məhkəməyə sərbəst ifadə verən Qurban Hüseynov qətli törəfən zaman özündə olmadığını söyləyib.

O, hadisə günü mərhum həyat yoldaşı ilə mübahisə etdiklərini söyləyib:

"İşdən çıxıb evə gəlmişdim. Yemək istədim, amma yatmışdı. Buna görə də mübahisə yarandı və məni söydülər, təhqir etdilər. Dedi, "sən kişi deyilsən, dur burdan çıx". Çölə çıxdım, sonrasını xatırlamıram. Əməlimdən peşmanam. Ailəmi məhv etmişəm".

O, öldürdüyü digər şəxsi də öz qızı kimi istədiyini qeyd edib: "O qızı öz uşaqlarımdan da çox istəyirdim. Mübahisəmiz tez-tez yaranırdı. Səbəb də onu göstərirdi ki, cavanlıqda ona çox zülm etmişəm. Münasibətimiz əvvəllərdən çox yaxşı olub. Həm də bizimki qohum evliliyi olub. Qıraqdan baxanlar bizə qibtə edirdi. Hadisə vaxtı sanki özüm deyildim. İstəməzdim ki, belə olsun. Ailəm dağıldı".

Həm də avtobus sürücüsü işlədiyini deyən Qurban Hüseynov həmin ərəfədə əsəblərinin pozulduğunu bildirib:

"Dövlət işində işləyirdim. Ayda 1300 manat əməkhaqqı alırdım. Kreditlərimi verirdim. Maşınımın kreditini ödəyirdim, qalanını da evə verirdim. Özüm də idarədən əlavə Bakı-Sumqayıt xətti üzrə avtobus sürürdüm. O vaxtdan əsəblərim pozulmuşdu. Hər il müalicə olunurdum".

Öldürülən 18 yaşlı Rahilənin hüquqi varisi kimi mərhum Fəraiz Hüseynova dindirilib: "Bacım 30 il çörək zavodunda işləyib. Qohum evliliyi ediblər. Münasibətləri çox yaxşıydı. Qurban pis oğlan deyildi. Uşaqlarını evləndirmişdi. Son 6 ay da münasibətləri korlanmışdı. Qurbandan soruşdum, dedi ki, bacın sözümə qulaq asmır. Bacımın yanına getdim, oda dedi ki, Qurban heç nədən özündən çıxır. Bacımın ölümündən çox o, yetim qızın öldürülməsinə pis oluram. Birinci mən onu qəyyumluğa götürmüşdüm. Sonra bu bacım götürdü. O qız o evdə nökər kimi işləyirdi. Rəhilə səhər-səhər buz kimi suyla Qurbanın maşını yuyurdu. Bir sözlə, nökərlik, hambalıq edirdi. Yazıq Rəhilə mart ayında nişanlamışdı. Qanunla cəza istəyirik. Bacım, Rəhilə ömürlük getdi, ən ağır cəzanı istəyirəm".

Daha sonra mərhum Fəraiz Hüseynovanın hüquqi varisi kimi oğlu, "N Brother" qrupunun üzvü İsmayıl Hüseynov dindirilib.

O söyləyib ki, hadisədən yarım saat sonra evə gəlib. İ.Hüseynov təsadüfən evə gəldiyini və anası ilə xalası qızını qanlar içində gördüyünü deyib:

"Heç nə soruşmadım. İndi nə şikayətim var, nə də tələbim. Valideynimdir. Gərək belə olmazdı".

Prokurorun suallarını cavablandıran İ.Hüseynov bildirib ki, ailədə münasibətləri yaxşı olub. Sadəcə son vaxtlar, o, evlənəndən sonra münasibətləri pisləşib.

"Durduq yerə dalaşırdılar. Bir-birlərini təhqir eləyirdilər. Aradan pərdə götürülmüşdü. Hadisə günü də mübahisə yemək üstündə olmayıb. Atama yeməyi anam yox, Rəhilə verirdi. Son illərdə heç yola getmirdi. Atamın əsəbləri yerində deyildi. Bir də gördün ki, işdən əsəbi gəlib, yersiz yerə anamla dalaşırdı. Məncə, anamı öldürəndən sonra Rəhiləni affekt halında öldürüb. İnanmazdım ki, atam qətl törədə".

Məhkəmənin növbəti iclası sentyabrın nə təyin edilib.

Bildirək ki, hadisəsə Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

Qurban Hüseynov şəxsi münasibətlərinin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib.

Q.Hüseynov evdə olan baldızı qızı 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının hadisədən iki gün öncə nişan mərasimi olubmuş.

Məlum olub ki, Q.Hüseynov hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Qurban Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Xəbəriniz olsun

19.09.2017 - AFFA Çempionlar Liqası filanının Bakıda keçirilməsi barədə

19.09.2017 - Ziya Məmmədov jurnalistləri ələ saldı — "Açıqlama yerinə bağlama alarsız"

19.09.2017 - Bakıda kişi özünü 17-ci mərtəbədən atdı

19.09.2017 - Azərbaycanlı futbolçunun oğurluq etməsinin səbəbi açıqlandı: AFFA-ya borcu varmış...

19.09.2017 - Füzulidə pambıq yığımı davam edir

19.09.2017 - Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

19.09.2017 - ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım ayırdı

19.09.2017 - Xabarovskda çempionu öldürən Allahverənov FTX-yə təslim oldu

19.09.2017 - Ziya Məmmədov evini satışa çıxardı: 750 minə

19.09.2017 - Paşazadənin “vurulması“nın şok səbəbləri - sandığı, yoxsa varisi...

19.09.2017 - Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar

18.09.2017 - Mehman Əliyev: "Mən hələ qərar verməmişəm"

18.09.2017 - Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

18.09.2017 - Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...

18.09.2017 - “Azadlıq” qəzetinin bölgə müxbiri 9 il həbs cəzası aldı

18.09.2017 - Merkel Türkiyəyə ultimatum verdi

18.09.2017 - "Sumqayıt" klubunun futbolçusu oğurluğa görə tutuldu

18.09.2017 - Azərbaycanın əleyhinə kompromatları Qərb jurnalistlərinə Rusiya kəşfiyyatı sızdırır?

18.09.2017 - Bu içkilərə öküz sperması qatılır - Daha bir xəbərdarlıq

Facebook