Qurban Qurbanov Londonda “Çelsi”yə meydan oxudu, "hücumla başlayacağıq" dedi...

12 sentyabr 2017
Qurban Qurbanov Londonda  “Çelsi”yə meydan oxudu, "hücumla başlayacağıq" dedi...
"Çelsi" dünyanın ən güclü klublarından biridir və bu mövsüm Çempionlar Liqasının qalibi olmağa namizəddir. İlk oyunda belə rəqiblə qarşılaşmağımız fərqli bir görüntüdür. “Çelsi”nin baş məşqçisi də dünyanın ən güclü məşqçilərindəndir".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, London klubu ilk dəqiqələrdən onları müdafiədə oturtmağa cəhd edəcək: "Lakin biz də hücum etməkdən çəkinməyəcəyik, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Rəqibin heyətində hər hansı bir futbolçunu fərqləndirməyim düzgün deyil. Rəqibdə ehtiyat oyunçu anlayışı yoxdur, meydana kim çıxırsa, “Çelsi”ni təmsil edir".

Q.Qurbanov "Çelsi"nin baş məşqçisi və futbolçuları haqda müsbər fikirlər səsləndirib: "Antonio Konte çox ambisiyalı məşqçidir, inanmıram ki, hansısa oyuna məqsədsiz şəkildə çıxsın. Çelsi"nin heyəti güclü futbolçulardan ibarətdir və rəqibdən asılı olmayaraq, sabah onlar qələbə üçün meydana çıxacaq”.
Xəbəriniz olsun

19.07.2018 - SAHİBKARLAR ZAKİR FƏRƏCOVDAN ŞİKAYƏTÇİDİR – “Dedi ki, sənin nəslində bir kişi yoxdur…” + FOTOLAR

19.07.2018 - Havanın temperaturu enəcək: güclü külək, şimşək, leysan və dolu gözlənilir

19.07.2018 - Paşinyandan Rusiya hərbi bazasına sərt reaksiya

19.07.2018 - Ramiz Zeynalov erasının sonu: “QAİ generalı”nın imperiyası süqut edir

19.07.2018 - “1000 bərəkət, halal nemət”dən dəhşətli kadrlar: ürəyi zəif olanlar baxmasın – 13+VİDEO

19.07.2018 - İran-Pakistan sərhədində atışma: bir hərbçi həlak oldu

19.07.2018 - KXCP sədrliyinə namizəddən Mirəlioğluna ittiham: "Zərdabinin ruhu, 12 nəfərlik partiya, Bəyi təhqir edənlərl ...

19.07.2018 - “Qarabağ”ın kapitanı komandanın növbəti rəqibi barədə

19.07.2018 - Səkkiz əcnəbi saxta sənədlərlə Azərbaycan sərhədini keçmək istədi

19.07.2018 - Özünü 17-ci mərtəbədən atan qız barədə - TƏFƏRRÜAT

19.07.2018 - Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz – Açıqlama

19.07.2018 - Kremlin şok “oktyabr ssenarisi”: Gəncə işindəki silah və qaz gizlinləri

18.07.2018 - Əməkdar artistə qarşı 32 min manatlıq dələduzluq

Facebook