Füzulidə 15 sentyabr Bilik Günü qeyd olundu

18 sentyabr 2017
Füzulidə 15 sentyabr Bilik Günü qeyd olundu
15 sentyabr yeni tədris ilinin başlanması - Bilik günü respublikamızın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da qeyd olunmuşdur. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 15 sentyabr - bilik günü münasibəti ilə Horadiz şəhərində 3 nömrəli tam orta məktəbdə olmuş, məktəbin müəllim, şagird kollektivi və valideynlərlə görüşmüşdür.
Alı Alıyev məktəbin müəllim və şagirdlərini 15 sentyabr yeni tədris ilinin başlanması- bilik günü münasibəti ilə təbrik etmişdir. Alı Alıyev deyib ki, hər bir xalqın varlığı onun məktəbinin necəliyi, müəlliminin kimliyi ilə müəyyən edilir. O xalq xoşbəxtdir ki, onun yaxşı məktəbləri, müdrik müəllimləri vardır. Füzulililər də xoşbəxtdirlər ki, onların yaxşı məktəbləri, yaxşı müəllimləri vardır.
Alı Alıyev qeyd etmişdir ki, dövlət tərəfindən təhsilə göstərilə diqqət və qayğının nəticəsidir ki, rayonumuzun şagirləri ildən ilə ali məktəblərə keçirilən qəbul imtahanlarda yüksək nəticələr əldə edirlər. “Rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 375 nəfəri ali məktəblərə, 120 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olunan məzunlardan 14 nəfəri 600–700, 25 nəfəri 500–600, 68 nəfəri 400–500, 123 nəfəri 300–400 arası bal toplayaraq tələbə adını qazanıb.”-deyə Alı Alıyev vurğulamışdır.
Alı Alıyev birinci sinifə qədəm qoyan şagirdləri bir daha təbrik etmiş, onlara uğurlar arzulamışdır. Alı Alıyev məktəblilərə elmə, biliyə daha dərindən yiyələnməyi tövsiyyə etmişdir.
Çıxış edənlər ölkəmizdə Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, respublikamızda, o cümlədən, Füzuli rayonunda təhsilə göstərilən diqqət və qayğıdan, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün həyata keçirilən tədbirlərdən danışdılar.
Müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Rayonun ümumtəhsil məktəblərində ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.
Xəbəriniz olsun

22.07.2018 - Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi

22.07.2018 - 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü - KÜRDƏMİRDƏ ŞOK OLAY

22.07.2018 - “Qarabağ” yeni hücumçu aldı

21.07.2018 - Mirşahinə bu dəfə "milçək" dedilər: "SƏNİ TAPDALAYARAM..."

21.07.2018 - Kasıb necə varlana bilər? - Yəhudilərdən 6 QIZIL MƏSLƏHƏT

21.07.2018 - İntihar edən abituriyentin anası özünü öldürdü – Sumqayıtda

21.07.2018 - Yunis Səfərovun yaxın dostu öldürüldü: Əməliyyatçılar tutmaq istədi, o silaha əl atdı...

21.07.2018 - Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

20.07.2018 - Atı zorlayan şəxsin şok müdafiəsi: “Mənə göz vurdu”

20.07.2018 - Almaniyadan deportasiya edilənlər Bakıda kütləvi şəkildə həbs olundular

20.07.2018 - Bu il “BakuBus” 85 sürücünü işdən azad edib

20.07.2018 - Paşinyan Qarabağda müharibə riski haqda

20.07.2018 - Bakıda dəbdəbəli mənzili ərəblərə 3 günlüyə kirayə verdi, qayıdıb şoka düşdü - VİDEO

Facebook