Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...

18 sentyabr 2017
Allahşükür Paşazadənin ətrafında nə baş verir: oğlu ölkədən qaçdı, qudasına gözlənilməz zərbə...
Milli Məclisin keçmiş deputatı Hacı Qalib Salahzadənin oğlu və eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin kürəkəni Əlihüseyn Salahzadə “Azərsu” ASC-nin nəzarətçisini döydüyünə görə həbs olunub. Savash.org xəbər verir ki, bu haqda ölkə.az yazır. Salahzadə Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir.

Məlumatı Hacı Qalib Salahzadə təsdiqləyib. O, bildirib ki, oğlu sentyabrın 13-də gecə saatlarında Nəsimi rayon prokurorluğunun müstəntiqi Anar Abıyevin “qondarma qərarı” ilə həbs olunub. “Biz bu həbs qərarı ilə qəti razı deyilik və apellyasiya şikayəti vermişik”-Hacı Qalib deyib. O, oğlunun həbsini “sifarişli” adlandırıb.

Şeyxin qudası və keçmiş deputat bunları deyib: “Oğlum ağıllı, yerini bilən adamdır. Üç dəfə də Həcc ziyarətində olub. Sadəcə olaraq oğlumu şərləmək istəyirlər. Sentyabrın 4-də oğlum Əlihüseyn Salahzadə hamı kimi evində oturub Qurban Bayramını qeyd edirmiş. Həmin gün qapı döyülür, qapını açan zaman “Azərsu” ASC-nin əməkdaşı Elbəyi Mirzəliyev adlı şəxs oğlumun yoldaşını təhqir edir. Bunu görən kimi oğlum Elbəyinin çənəsinə sillə vurur. Yəni, oğlumun yerində kim olsaydı, eyni addımı atardı. Sonradan həmin Elbəyi oğluma qarşı şikayətini də geri götürüb, barışıblar və mətbuata da açıqlama verib. Bütün bunlara baxmayaraq, sentyabrın 13-də məhkəmə keçirilərək, oğlumu həbs ediblər. Hazırda da oğlum Kürdəxanı həbsxanasındadır”.

Xatırladaq ki, Hacı Qalibin oğlunun “Azərsu” ASC-nin nəzarətçisi Elbəyi Mirzəliyevi döydüyü haqda mətbuata döyülən şəxsin qardaşı danışmışdı. O, bildirmişdi ki, hadisə nəzarətçinin Hacı Qalibin oğlunun yaşadığı evin suya görə yaranmış 70 manat borcunu ödəmək barədə xəbərdarlığından sonra baş verib. Keçmiş deputatın oğlu borcu istəyən nəzarətçiyə hücum edərək onu döyüb, xəsarət yetirib. Çənəsini iki yerdən sındırıb və bir dişini salıb. Şikayətçi deyirdi ki, hadisədən neçə gün keçməsinə baxmayaraq hüquq-mühafizə orqanları məsələni araşdırmır.

Lakin həmin gün Hacı Qalib oğlunun "Azərsu" əməkdaşını döydüyünü qəti inkar etmişdi və bu haqda yazanları məhkəməyə verəcəyi ilə hədələmişdi.

Bu, son günlər Şeyxülislamla bağlı yaranmış birinci qalmaqal deyil. Ötən gün məlum olub ki, Paşazadənin oğlu “küsərək” Azərbaycandan gedib, ailəsi ilə birlikdə Türkiyəyə köçüb.
Xəbəriniz olsun

16.06.2018 - Zakir Həsənov müharibə anonsu verdi: "Hazır olmalıyıq..."

16.06.2018 - Türk polisi İstanbulda Gülənin qardaşı qızını həbs etdi

16.06.2018 - Mübariz Mənsimov da separatçılıq virusuna yoluxdu: UĞURSUZLUĞUNU ETNİK KİMLİYİNƏ BAĞLAMAQ CƏHDİ

16.06.2018 - Polislər bu olaya xeyli güldü: Narkoman polisə şikayət etdi ki, "mənə saxta "mal" satıblar"

16.06.2018 - Prezident xanımlarının həyat yoldaşları ilə bağlı ETİRAFLARI

16.06.2018 - Ramil Usubov yeni rəis təyin etdi

16.06.2018 - “Lotu Quli” “Avropa obşakı”nı ələ keçirmək istəyir - Dubayda böyük toplantı

16.06.2018 - İCRA BAŞÇISI RADARLARDAN BELƏ “GİZLƏNİR” – Nömrə “Niva”nındır, özü BMV-də gəzir… (FOTO)

16.06.2018 - İŞİD-in öldürmək istədiyi Ronaldunu Rusiyada ciddi qoruyurlar

15.06.2018 - “Ya Ermənistan bufer zonasını qaytaracaq, ya Azərbaycan hücuma keçəcək...”

15.06.2018 - Paşinyan: "Putin məni İlham Əliyevlə tanış etdi"

14.06.2018 - Millət vəkili özünü biabır etdi: "Barselona"nın oyunçuları "Real Madrid"də oynayır, "Real Madrid" də İsp ...

14.06.2018 - Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü - ŞOK TƏFƏRRÜAT

Facebook