Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya

18 sentyabr 2017
Kərəm Həsənovun biznes şəbəkəsi və çökən imperiya
Bir neçə il öncə adı xaricdə biznes şəbəkəsi yaratmaqda hallanan Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovla bağlı yeni iddialar ortaya çıxıb. Belə ki, Əmlak Komitəsinin sədrinin son vaxtlar yenidən qızışan oliqarx savaşında tərəf seçməsi onun özünü də hədəfə çevirib və “vurulması” üçün ciddi əsaslar yaradıb. Həsənovun bir neçə media orqanını himayəsinə götürərək, rəqiblərə meydan oxuması da diqqətdən yayınmır.
Bir müddət əvvəl mediada Kərəm Həsənovun Azərbaycanda yığdığı milyonlar hesabına Çexiya və Dubayda böyük biznes şəbəkəsi qurduğu barədə ciddi məlumatlar yayılmışdı. Çexiya yeyinti sənayesində Həsənovun böyük pay sahiblərindən biri olduğu qeyd olunur. Bununla bağlı media üzərindən apardığımız araşdırmalarda əldə edilən məlumatları olduğu kimi diqqətinizə çatdırırıq:
Çexiya yeyinti sənayesi Kərəm Həsənovun sərəncamında
Komitə sədrinin artıq bir neçə ildir ki, Çexiyada biznes strukturu formalaşdırmaq istiqamətində ciddi iş apardığını vurğulayan mənbə K.Həsənovun yüngül və yeyinti sənayesinə daha böyük önəm verdiyini bildirib. Mənbənin məlumatına görə, komitə sədrinin mineral su və pivə istehsalına marağı daha böyükdür: “Komitə sədrinin Çexiyanın müxtəlif bölgələrində, xüsusilə də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları mövcuddur. Bu zavodlarda istehsal edilən mineral suların bir qismi çex bazarlarına çıxarılsa da, daha böyük qismi Avropa ölkələrinə satılır. Komitə sədri yalnız mineral su zavodlarından yüz min dollarla vəsait əldə edir ki, bu da onun Çexiyadakı sərvətinin cüzi bir hissəsini təşkil edir”.
Mənbənin söylədiyinə görə, K.Həsənovun Çexiyadakı mineral su zavodlarında istehsal edilən məhsulun böyük bir qismi də məhz Azərbaycana ixrac edilir: “Komitə sədrinin Benetiçe və Karlovı Vari şəhərlərindəki mineral su zavodlarında istehsal edilən məhsulun önəmli bir qismi Azərbaycana ixrac olunur. Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən ”Mattoni” də komitə sədri və ona yaxın olan adamlara məxsusdur”.
Kərəm Həsənovun spirtli içki biznesi
Mənbənin bildirdiyinə görə, Kərəm Həsənov Çexiyanın spirtli içki bazarında da müəyyən paya malikdir. Hazırda komitə sədrinin Çexiyanın Pilzen şəhərində bu istiqamətdə ciddi iş apardığını vurğulayan mənbə onun pivə istehsalına daha çox diqqət ayırdığını qeyd edib: “Bu gün Pilzen şəhərində Kərəm Həsənova məxsus nəhəng pivə zavodu fəaliyyət göstərir. Bu zavodun istehsal etdiyi pivə yerli bazarla yanaşı, xarici bazarlarda da uğurla təmsil olunmaqdadır. İstər əhatə etdiyi sahə, istərsə də istehsal intensivliyinə görə kifayət qədər böyük olan və komitə sədrinə milyonlarla dollar qazandıran zavodun vəziyyəti hazırda son dərəcə qənaətbəxş olsa da, mövcud durum Kərəm Həsənovu o qədər də qane etmir. Çexiyanın spirtli içki bazarında söz sahibi olmağa qərar verən Kərəm Həsənov spirtli içki istehsalının növ və çeşidini artırmaq fikrindədir. Hazırda bu yöndə lazımi şəxslərlə məsləhətləşmələr aparan Kərəm Həsənovun gələn ildən etibarən daha bir neçə spirtli içki zavoduna sahib olacağı gözlənilir”.
Komitə sədri istirahət mərkəzlərini də ələ keçirir
Mənbənin sözlərinə görə, K.Həsənovun xarici ölkədəki biznes fəaliyyəti bununla məhdudlaşmır. Komitə sədrinin həm Çexiya, həm də Birləşmiş Ərəb Əmirliyində xeyli sayda istirahət və əyləncə mərkəzinə sahib olduğunu bildirən mənbə K.Həsənovun biznesin bu sahəsində də böyük səriştəyə malik olduğunu qeyd edib: “Kərəm Həsənovun Çexiya və Birləşmiş Ərəb Əmirliyində bir neçə istirahət və əyləncə mərkəzi var ki, onların da bəzisi həmin ölkələrdə ciddi populyarlığa malikdir. Azərbaycandan daşıdığı milyonlar hesabına oradakı obyektlərinin işini yüksək səviyyədə quran və sözügedən əyləncə məkanlarını insanların sevimli məkanlarından birinə çevirən komitə sədri bu baxımdan əcnəbi ölkədəki rəqiblərini xeyli dərəcədə üstələməkdədir. İstirahət və əyləncə məkanlarının fəaliyyətini şəxsən nəzarətdə saxlayan Kərəm Həsənov hər il bir neçə dəfə bu obyektləri ziyarət edir və aparılan yeniliklərlə tanış olur. Komitə sədri Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində əzəmətli istirahət mərkəzləri ilə yanaşı, böyük bir şirkətə də sahibdir”.
Komitə sədrinin İsveçrə bankındakı milyonları
Mənbənin sözlərinə görə, komitə sədri əldə etdiyi sərvətin böyük bir qismini İsveçrə banklarında hifz edir: “Komitə sədrinin korrupsiya yolu ilə əldə etdiyi külli miqdarda vəsait əsasən iki istiqamətdə sərf olunur. Bunlardan biri əldə olunan vəsaitin Azərbaycan və xüsusilə də ölkə xaricində yeni-yeni obyekt və şirkətlərin yaradılmasına sərf edilməsidir. Komitə sədri Azərbaycandakı biznesinin təhlükəsizliyinə təminat ala bilmədiyi üçün bu biznesi xarici ölkələrdə inkişaf etdirməyi daha məqsədəuyğun hesab edir. Bu məqsədlə də Avropa ölkələrində ciddi layihələr həyata keçirən komitə sədri yeni şirkətlərin ölkə xaricində qurulmasına daha çox can atır. Onun əldə etdiyi vəsaitin önəmli bir qismi isə müxtəlif valyuta növləri şəklində İsveçrə banklarında, fərqli hesablarda saxlanılır. Komitə sədri hesab edir ki, İsveçrə banklarındakı pul ehtiyatı ona istənilən gözlənilməzlikdə faydalı ola bilər”.
Mənbənin sözlərinə görə, komitə sədrinin İsveçrə bankları ilə əlaqəsi qardaşı vasitəsilə təmin olunur. K.Həsənovun qardaşının ən azı 2-3 aydan bir İsveçrəyə səfər etdiyini bildirən mənbə onun pasportunda bu səfərlərin qeydiyyatını göstərən möhürlərin olduğunu deyir: “Kərəm Həsənovun mütəmadi olaraq bu ölkəyə səfər edən qardaşı müxtəlif üsullarla onun Azərbaycandan çıxartdığı pulları bank hesablarına yatırdır. Bu səfərlərin mövcudluğunu sübut etmək üçün onun pasportundakı giriş və çıxış qeydlərinə baxmaq kifayətdir”.
Çexiyadan Ərəbistanadək
Onun bu ölkədə yüngül və yeyinti sənayesinə daha önəm verdiyi bildirilir, mineral su və pivə istehsalına böyük kapital yatırımı etdiyi iddia olunur. Həsənovun Çexiyanın müxtəlif bölgələrində, xüsusən də Benetiçe və Karlovı Varı şəhərlərində mineral su zavodları olduğu deyilir. Bu zavodlarda istehsal edilən mineral suların bir qismi çex bazarlarına çıxarılsa da, daha böyük qismi Avropa ölkələrinə satılır, lakin həmin suların Azərbaycana idxal olunduğu da vaxtında təsdiqini tapıb. Bu suların Azərbaycandakı satışını həyata keçirən və rəsmi distribüteri hesab edilən ”Mattoni”nin də komitə sədri və ona yaxın olan adamlara məxsus olduğu deyilir. Həmçinin komitə sədrinin Çexiya və Birləşmiş Ərəb Əmirliyində xeyli sayda istirahət və əyləncə mərkəzinə sahib olduğu bildirilir.
Həsənovun İranda və Türkiyədə də biznes şəbəkələri olduğu vurğulanır. Komitə sədrinin Azərbaycandakı biznesi də yetərincə rənğarəng və çoxşaxəlidir. Bura restoranlar, əyləncə mərkəzləri, tikinti sektoru və sair sahələr aiddir. Həsənov rəhbəri olduğu Əmlak Komitəsinin səlahiyyətlərindən sui-istifadə edərək, bir çox obyektləri çox rahat şəkildə yaxınlarının adına su qiymətinə özəlləşdirə bilməsi, onu son 7-8 ildə Azərbaycanda ciddi kapital sahibinə çevirib.
Kərəm Həsənovun qardaşı, millət vəkili, “AZINKO-holdinq” in prezidenti Malik Həsənov tərəfindən idarə olunan bu biznes imperiyasının iri ranqlı oliqarxlardan biri ilə ortaq “proje” olduğu da deyilir. Yuxarıda qeyd etdiyimiz kimi, son günlər iki böyük oliqarx – Kəmaləddin Heydərov və Ziya Məmmədov arasında gedən savaşda Kərəm Həsənovun da tərəf kimi çıxış etməsi məhz bu ortaqlığın nəticəsidir. Əlbəttə, Kərəm Həsənov dövlət məmuru yox, iş adamı olsaydı, bu biznes şəbəkəsini yalnız alqışlamaq olardı. Amma indiki halda söhbət dövlətdən oğurlanan pullar və korrupsiya hesabına qurulan biznesdən gedir.
Həsənovların media qisası və sonun başlanğıcı
Bir neçə ildir ki, Kərəm Həsənovla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov arasında gedən soyuq savaşın da üstündən sükutla keçmək olmur. Bu savaşın təməli 2 il öncə qoyuldu. Dövlət Reyster Xidməti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə birləşdirildikdən sonra Kərəm Həsənov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini də nəzəratə götürməyə cəhd etdi. Kərəm Həsənovun rəhbərlik etdiyi qurumun məlumatları ilə Qərib Məmmədovun sədri olduğu komitənin məlumatları arasında ziddiyyətlər də əslində bu savaşın təzahürüdür. Belə ki, Kərəm Həsənov ciddi-cəhdlə Qərib Məmmədovun vəzifəsinin öhdəsindən gələ bilmədiyini sübut etməyə çalışır. İmkanlarını daha da genişlənirmək arzusunda olan və nazir olmaq iddiasını gizlətməyən Həsənov hələ ki, bu savaşda qələbə qazana bilməyib. Çünki Qərib Məmmədovu Həsənovun rəqib olduğu oliqarxlardan biri himayə edir.
Görünür, elə buna görə də Həsənov indi də medianın imkanlarından yararlanmaq eşqinə düşüb. Kərəm Həsənovun media kurasiyası üçün “icazə vərəqi” alan azsaylı məmurlar arasına düşə bilməsi işin tədricən siyasi rəng almasına səbəb olur. Belə ki, Əmlak Komitəsinin sədri bir vaxtlar onun biznesinə əl qoymağa çalışan rəqiblərlə media vasitəsi ilə haqq-hesab çəkmək iddiasına düşüb. Bu məsələ isə Fərhad və Rafiq Əliyev qardaşlarının həbsdən azad edilməsindən sonra sürətlənib. Ötən bir neçə gün ərizində Müdafiə Nazirliyi ilə Əmlak komitəsinin sədri arsında baş verən məhkəmə skandalı, Həsənovun “qol gücü” nümayişi onun böyüyən iddialarından xəbər verir.
Bir vaxtlar adı həbsə atılan Əliyev qardaşları ilə birgə çəkilən və vəzifəsini itirmək qorxusu ilə üzləşən Həsənovun rəqiblərindən qisas almaq üçün böyük fürsət qazandığı görünür. Maraqlıdır, hakimiyyətin 3-cü ranqlı məmurlarından hesab olunan Kərəm Həsənova bu savaşın ssenarisini kim cızıb? Ona bu qədər səlahiyyətin verilməsinin hansısa pərdərxası məqamları var.Xatırladaq ki, bir vaxtlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev də oliqarxlar arasında gedən savaşa məhz bu “yol”la gəlmişdi. Sonu isə bəllidir. Görünən odur ki, Kərəm Həsənov da yaxın qohumunun yolunu gedir. Nəticənin necə olacağı zamanın işidir.
Xəbəriniz olsun

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

Facebook