Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar

19 sentyabr 2017
Prezidentin Lənkəran səfəri: Taleh Qaraşovla Müşviq Rəhimov ifşa olundu - Detallar
Prezidentin Lənkərana son səfəri yerli məmurların korrupsiya ləpirlərinə işıq saldı. Dövlət başçısının açılışını etdiyi obyektlərin sahibkarlığa inkişaf yox, məmurların biznesinə inkişaf olduğu üzə çıxdı.

AnaXeber.az-ın əldə etdiyi məlumata görə, ölkə başçısının Lənkəranda açılışını etdiyi “Xəzər Palace” hoteli Dövlət Yol Polisinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimova məxsusdur.
Lənkəranın Kənarmeşə ərazisində tikilən nəhəng “Xəzər Palace” istirahət mərkəzinin hoteli də bu il istifadəyə verildi.
Milyonluq layihənin memarı olan M.Rəhimovun obyektinin lentini kəsən prezidentə məlumat verilmədi ki, bu məkan kimə aiddir. İddialara görə, bu biznesdə iş adamı Mübariz Məsimovun da iştirakı var.
Sadəcə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının vacibliyini qeyd edən prezident İlham Əliyevə oliqarxlaşmış məmurun tikdirdiyi hoteli təqdim edirlər. Faktiki olaraq, Lənkəranda müstəqil sahibkar yoxdur ki, belə bir bahalı proyekti həyata keçirsin.
Ona görə də Lənkəranın icra başçısı Taleh Qaraşov prezidentə ayrı-ayrı məmurlara aid obyektləri göstərməklə rayonda iş getdiyi təəssüratı oyatmağa çalışıb.
İ.Əliyevin çay plantasiyalarında, çayçılıq təsərrüfatlarında keçirdiyi görüşlər də göstərdi ki, Lənkəran Rayon İcra Hakimiyyəti heç bir iş görməyib.
T.Qaraşov ayrı-ayrı adamların işlərini RİH-nin ayağına yazaraq özünü işləyən icra hakimi kimi təqdim etmək istəyib.
“Xəzər Palace” istirahət mərkəzinə gəlincə, M.Rəhimovun BDYPİ-də nömrə biznesindən, “prava” satışından qazandığı pullar hesabına araya-ərsəyə gəlib.
Üstəlik, həmin obyekt Lənkəranın ən bahalı yerlərindən biridir. Yeri gəlmişkən, dövlət rüsumu 18 manat olan bəzi nömrələr var ki, onların qiyməti şöbə rəisinin yanında 18-20 min manat dəyərindədir.
Nömrə satışlarını Müşfiq Rəhimov birbaşa həyata keçirmir. Onun köməkçisi olan Aydın adlı şəxs bütün işləri reallaşdırır, müştəri tapır, nömrə satır və sairə.
Yəni, vətəndaş avtomobilinə dövlət nömrə nişanı almaq istəyirsə, bunun üçün birbaşa Rəhimovun qəbuluna girməyə gərək yoxdur. Elə qapıdaca Aydın adlı köməkçiyə yaxınlaşıb, onunla məsələni həll etmək mümkündür...
məlumatlarda iddia olunur ki, şöbənin rəis müavini artıq OO seriyası ilə başlayan nömrələrə qiymət də müəyyən edib. Həmin cədvəli oxuculara təqdim edirik:
- 10 OO 020 (30, 40, 50, 60, 70, 80, 90) dövlət nömrə nişanlarının qiyməti hazırda 20-25 min manat təşkil edir;
- 10 OO 002 (3, 4, 5, 6, 7, 8, 9) dövlət nömrə nişanları 80-100 min manat aralığında qiymət dəyişdirir;
- 10 OO və sonluğu sadə rəqəmlərlə bitən dövləğ nömrə nişanlarının qiymətləri isə xeyli aşağıdır. Məsələn, 10 OO 784, 871 və sairə nömrələr «bazar»da 4500-5000 manat aralığında qiymət dəyişdirir.
- 10 OO 022 (33, 44, 55, 66, 77, 88, 99) dövlət nömrə nişanları üçün müəyyən edilmiş qiymət 4500-5000 manat aralığndadır.
- 10 OO 200 (300, 400, 500, 600, 700, 800, 900) dövlət nömrə nişanlarına gəldikdə isə Müşfiq Rəhimov bunun üçün 50 min manat qiymət müəyyən edib.
Mətbuatda gedən xəbərlərdə o da iddia olunur ki, Müşfiq Rəhimov MTN-nin hansı yüksək çinli zabiti ilə «Nar Şərab» restoranında görüşüb, bu nazirliyə bahalı nömrələrin satışı ilə əlaqədar adı ortalıqda hallanan MTN-in əsas fiquruna kömək edib.

Belə bir biznesmen DYP rəisinin tikdirdiyi hoteli Lənkəranın icra başçısı rayonda sahibkarlığın inkişaf kimi qələmə verərək prezidentə təqdim edir. T.Qaraşovla məşhur misalda olduğu kimi, “hamam suyu ilə dost tutur”.
Üstəlik, bu, icra başçısının ilk belə əməli deyil. Bundan qabaq da Qaraşov şəhərin yollarını Lənkəranda asfalt zavodun müdiri Raqub Məmmədova təmir etdirmişdi.
Böyük bazar ərazisinin palçıqlı, bərbad yolunu da rayonun baş həkimi Ağabala Kəlbiyevin boynuna qoyaraq düzəltdirib.
Amma hələ də Lənkəranın yolları biabıçılıqdır. İcra başçısı isə büdcədən ayrılan pulları mənimsəyib. Onun 1-ci müavini İlqar Dadaşovun qəfil ürəktutmadan vəfat etməsindən sonra meydanı bir az da genişlənib.
Lənkəranlılar danışırlar ki, indiyə qədər belə talançı icra hakimi görməmişdilər. Şəhərin hər yerini satışa çıxarıb. Sonuncu belə qalmaqallı fakt Lənkəran Mərkəzi Xəstəxanasının önüdür. İcra başçısı artıq yer tapmayıb və xəstəxananın qabağını da satıb. Hətta Səhiyyə Nazirliyi di RİH-ni ittiham eləmişdi.
Prezidentin son səfəri zamanı da yollar olduğu kimi darmadağın idi. T.Qaraşov İ.Əliyevə özünün gördüyü bir işi təqdim etmədi. Son 3 ildə Lənkəranda nə abadlıq, nə yenidənqurma işləri gedib.
Hətta kosmetik də olsa divarların boyanması, ağacların əhənglənməsi, çala-çuxur yolların yamaq-yamaq edilməsinə də son qoyulub.
Əvəzində T.Qaraşov Xanbulan kimi Lənkəranın ən səfalı guşəsində malikanyə sahiblənib. Bir müddət qabaq infarkt keçirmiş icra başçısı üçün Xanbulan həvəsi olduqca faydalıdır.
Beləliklə, icra başçısı nə turizmin, nə sahibkarlığın inkişafı, nə turist axını, nə investorların cəlb edilməsi istiqamətində iş görüb. Qarşı tərəfi dinləməyə hazırıq.
AnaXeber.az
Xəbəriniz olsun

21.02.2018 - Prezident məcburi köçkünlərin müavinətini artırdı

21.02.2018 - “Ziya Bünyadovu Aydın adlı alim bilib, öldürdük” - Qatilin ŞOK ETİRAFLARI

21.02.2018 - İlham Əliyevin qohumu Riyad Əliyev saxlanıldı, 30 sutka həbs verildi

21.02.2018 - "SOCAR Trading" Londonda Beynəlxalq Neft Həftəsi çərçivəsində tədbirini uğurla həyata keçirib - VİDEO

21.02.2018 - Afrinə girmək istəyən Əsədin ordusu niyə geri çəkildi? - "Kreml Ərdoğanın nəbzini yoxlamaq istədi və..."

21.02.2018 - Sumqayıtda yaşayış binasının lifti qırılıb, xəsarət alanlar var

21.02.2018 - Əli İnsanov azadlığa çıxır və ölkədən gedir - təfsilat

20.02.2018 - İşlər qarışdı, “Hizbullah” qüvvələri Afrinə girdi: Türkiyə bombalayır

20.02.2018 - Oqtay Gülalıyev KXCP sədrinə facebookdan “atəş açdı”: “Elçibəyin şəkli altında...”

20.02.2018 - İran "qaynayır" - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var

20.02.2018 - Arzu Rəhimovun yeni müavinləri kimdir? - Biri icra başçısının qardaşı, digəri sabiq deputat oğludur

20.02.2018 - Ziya Məmmədovun evindəki yanğında 2 azyaşlı xəstaxanaya düşdü - DİN-dən açıqlama

20.02.2018 - Ziya Bünyadovun qatilindən sensasiyalı açıqlamalar: “İrandan gələn stilist 1 ay bizə qrimlənməyi öyrətdi”

20.02.2018 - Prezident borcların silinməsini təklif edib - Layihə Milli Məclisə göndərildi

20.02.2018 - “Özləri yanıb külə donsünlər!”

20.02.2018 - Zakir Həsənov: “Müharibə hər an başlaya bilər”

20.02.2018 - Bakıda restoranda musiqiçilər arasında dava düşdü - Biri xəsətxanalıq oldu

20.02.2018 - İranda xalq ayağa qalxdı – Ordu və yerli sakinlər arasında toqquşma

20.02.2018 - Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar

Facebook