Nizami RİH başçısı ilə bağlı yeni iddialar: Hərbi xidməti evdə çəkən oğul, onun 200 minlik maşını və ağacları məhv etməyin yeni üsulu

25 sentyabr 2017
Nizami RİH başçısı ilə bağlı yeni iddialar: Hərbi xidməti evdə çəkən oğul, onun 200 minlik maşını və ağacları məhv etməyin yeni üsulu
Mətbuatın gündəminə tez-tez yaşıllıqları məhv edərək iş adamlarına satması ilə gələn Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun bu cür əməlləri səngimir. Demək olar ki, rayonda dözülməz şərait hökm sürür və icra başçısının budəfəki əməli digərlərindən daha betər, daha acınacaqlıdır. Belə ki, icra başçısı Nizami rayonu kimi yaşıllıqları ilə tanınan rayonda ağackəmə əməliyyatına vüsət verib. Savash.org mövzuyla bağlı müxtəlif zamanlarda mediada işıqlandırılmış faktları ümumiləşdirərək mövzuya yenidən qayıtmaq qərarı verib. Beləliklə..
Arif Qasımov məhum prezident Heydər Əliyevin və prezident İLham Əliyevin yaşıllıqlara, təbiətə münasibətindən xəbərdardır. Amma bütün bunları görməzdən gəlir. Xatırladaq ki, mərhum prezident Heydər Əliyevin Bakıda ağac kəsənlərlə bağlı məhşur çıxışı var. Həmin çıxışın videosu da sosial şəbəkələrdə tez-tez yayılır.
Ümummilli lider orada deyir ki, bir ağac kəsən mənim qolumu kəsmiş olur. Sözügedən video dillərdə dastan olsa da, bəzi məmurlar ya bu məhşur videoya baxmayıblar, ya da ki mərhum Prezident Heydər Əliyevin dedikləri onalar üçün o qədərə də önəmli deyil.
Redaksiyamıza şikayət edən adını qorxusundan adının çəkilməsini istəməyən şəxs bildirir ki, son ağakəsmə məsələləri Prezident İlham Əliyev tərəfindən ciddi təpki ilə qarşılanandan sonra artıq Arif Qasımov da başqa üsula əl atıb.
Satmaq istədiyi yerin yaşıllıqlardan “təmizləmək” üçün gecə vaxtı tabeçiliyində olan işçilər vasitəsi ilə həmin ağacların diblərinə xüsusi kimyəvi maddələr tökməklə məsələni həll edir. Yəni qısa müddət ərzində ağac quruyur və qurumuş ağacın kəsilməsindən sonra isə öz məqsədlərinə çatmış olurlar.
Mənbənin bildirdiyinə görə, icra başcısının bu məsəslələrini onun “kassir”i adını çıxarmış Nizami rayon “RJU” nun rəisi Ramsin Abdullayev həyata keçirir. Belə ki, Ramsin Abdullayev bu işi gecə vaxtı tabeçiliyində olan “JEK” fəhlələri vasitəsilə həyata keçirir.
Bu o Ramsin Abdullayevdir ki, 150 minlik maşına sahibdir. Təkcə işlətdiyi mobil telefobnun nömrəsi 15 min manatdan bahadır. Şəkildə gördüyünüz telefonun qiyməti isə 1000 manatdan yuxarıdır. Xarici səfərlər, rahat və təmtəraqlı həyat Ramsin müəllimin aylıq məvacibi ilə uzlaşmır. Görünür, “gecə əməliyyatlar”ı Ramsin Abdullayevin bu xərclərini ödəmək üçün ən rahat vasitədir.
Nizami RİH başçısı ilə bağlı yeni iddialar: Hərbi xidməti evdə çəkən oğul, onun 200 minlik maşını və ağacları məhv etməyin yeni üsulu
Hər kəsə aydındır ki, Arif Qasımov hərbi xidməti evində çəkən oğlunun idarə etdiyi 200 minlik maşını öz aylıq 1000 manatlıq məvaciblə ala bilməz. Bunu dolayısı ilə hansısa tədbirdə özü də etiraf edib. Hər halda onun da oğlu “Qacqınkom” Əli Həsənovun nəvəsi kimi 15 yaşından “biznesmen” olmayıb. Elə isə bu pulların əsl mənbəyi araşdırılmalı və prezidentin dediyi kimi səlahiyyət hədlərini aşan məmurlar ciddi cəzalandırılmalıdır. Əks halda həm “yaşıl soyqırımı”ndan, həm də bahalı maşınlarla edilən avtoxuliqanlıqlar və “yol terroru”ndan əziyyət çəkənlərin sayı hesaba gəlməz…
Şahin
Savash.org
Xəbəriniz olsun

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

Facebook