Həsənovlardan prezidentə zərbə: MTN işindən 3 milyardlıq korrupsiyaya qədər – Dosye

05 oktyabr 2017
Həsənovlardan prezidentə zərbə: MTN işindən 3 milyardlıq korrupsiyaya qədər – Dosye Məlum olduğu kimi bir müddət öncə beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) Azərbaycan hakimiyyətinin 3 milyardlıq korrupsiya əməliyyatı barədə növbəti məlumatını paylaşıb. 3 milyardlıq korrupsiya əməliyyatı araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun adı keçir.
Savash.org xatırladır ki, Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun da adı var.
Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən…
Bu faktın məhz OCCRP tərəfindən üzə çıxarılması təsdiqləyir ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib.
Reyestr xidmətində olan iri korrupsiya pulları daşınmaz əmlak sektoruna rəhbərlik edən komitə rəhbərini sürətlə varlandırıb.
Araşdırma yazısında məhz Malik Həsənovun adının keçməsi ondan xəbər verir ki, başqa deputatlardan fərqlənir. Lakin o da deyilməlidir ki, M.Həsənov təkcə qardaşının sayəsində mandat sahibi olmayıb. Onun MTN şefi Eldar Mahmudovla əlaqələrinin olduğu barədə zaman-zaman mediada iddialar tirajlanıb. İddialara görə, o, Mahmudovun siyahısından parlamentə düşmüşdü.
Savash.org bildirir ki, elə bir müddət əvvəl komitə rəhbəri Kərəm Həsənovun Eldar Mahmudovla işbirliyinin üzə çıxması və mətbuat səhifələrini bəzəməsi Həsənovların “quyruğunu qapı arasında” qoymuşdu. Media emissarları hesabına MTN-lə işbirliyini ört-basdır etməyə çalışan K.Həsənov siyasi iqtidarın qəzəbindən özünü qorumağa müvəffəq oldu. Çünki onun postundan getməsi ilə yanaşı həbs təhlükəsi var idi. Odur ki, bəzi media dostlarının xahişi ilə Həsənovlar barəsində məqalələrə ara verilmişdi.
MTN işi üzrə Reyestr Xidməti rəhbəri Məhəmməd İmanovun da həbsi sübut edirdi ki, daşınmaz əmlakın qeydiyyatı işlərində Kərəm Həsənovla Eldar Mahmudovun birgə əməliyyatları olub. Lakin M.İmanovu qurban verməklə komitə rəhbəri özünü xilas elədi. Bu dəfə isə qardaşların adı 3 milyardlıq səs-küylü korrupsiya əməliyyatında keçir. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.
Kərəm Həsənov prezidentin etimadını çoxdan itirib. Komitə rəhbərinə verilən möhlət də məhz Ziya Məmmədov kimi bitirilməsinə hesablanıb. Ölkədə gedən sosial və struktur islahatları çərçivəsində reyestr xidməti sahəsinin ASAN Xidmətə verilməsi və komitənin ləğvi nəzərdə tutulur.
Millət vəkilləri, ekspertlər də zaman-aman bu təkliflə çıxış ediblər ki, komitə ləğv olunaraq hansısa nazirliyə yaxud da ASAN-a verilməlidir. Malik Həsənov da qardaşına söykənərək mandatını saxlayıb. Eldar Mahmudov kimi dayağını itirdikdən sonra yeganə dəstəyi Kərəm Həsənovdur. Komitə rəhbəri isə gedəcəyi halda Malik Həsənov üçün bu, sonuncu parlament fəaliyyəti olacaq.Üstəlik, MTN işindən sonra nüfuzunu və etimadını itirmiş Həsənovların 3 milyardlıq korrupsiya qalmaqalında da adının hallanması qardaşlar üçün son ola bilər.
Xatırladaq ki, bundan qabaq özəlləşdirmə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun tətbiq edilməsi barədə 10 avqust 2000-ci il tarixli fərmanla, müvafiq icra hakimiyyəti – əvvəlcə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, sonra isə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilirdi. İndi bu səlahiyyət ondan alınıb.
Heç şübhəsiz ki, belə bir qərarın verilməsi Kərəm Həsənovun gələcək taleyini sual altında buraxır. Komitə sədrinin səlahiyyətsiz bir kreslo sahibinə çevrilməsi prosesinin başlanğıcı qoyulub.
Bu, bir növ nəqliyyat naziri Ziya Məmmədovla bağlı gedən prosesi xatırladır. Onun da portfelsiz nazirə çevrilməsinə nəqliyyat sahəsində həyata keçirilən layihələrlə bağlı qərar vermək səlahiyyətlərinin əlindən alınması ilə başlanmışdı. Məsələn, Qərib Məmmədovun “vurulmasında”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilərək səlahiyyətlərinin əhəmiyyətli hissəsinin Kərəm Həsənova verilməsində Eldar Mahmudovla Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun müstəsna xidməti olduğu iddia edilir.
Mahmudovun, həmçinin, Kərəm Həsənovun iri zavodları, səhmdar cəmiyyətləri zor gücünə ələ keçirməsinə yardım etdiyinə, etiraz edənləri MTN-nin zirzəmisində işgəncə ilə yola gətirdiyinə dair iddialar var.
Bundan başqa, K.Həsənovun MTN-ə həbslər sifariş etdiyi, E.Mahmudovun vasitəsilə rəqiblərini və düşmənlərini sıradan çıxarmağa çalışdığı barədə də təsdiqini tapmış faktlar var.
Habelə, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin “vurulmasında” iştirakı, onun karyer yüksəlişinə səbəb olan həmyerlisi əleyhinə istintaqa ifadə verməsi, keçmiş nazirin yenidən biznesə qayıtmasına “yaşıl işıq” yandırılması K.Həsənova yaxşı perspektiv vəd etmir. Siyasi iqtidarda həmyerlisi əleyhinə istintaqa ifadə vermiş, MTN-lə əlbir olmuş məmura heç də birmənalı münasibət göstərilmir.
Beləliklə, Həsənovların başı təzədən cəncəldədir və 3 milyardlıq korrupsiya işi qardaşların prezident önündə növbəti sınağıdır…
Xəbəriniz olsun

19.11.2017 - İcra başçısının müavini maaşını istəyən fəhləni söydü, döydü və...

19.11.2017 - Qurban Qurbanov bu futbolçunu "Qarabağ"dan qovdu

17.11.2017 - Azərbaycanda benzin bahalaşdı

17.11.2017 - Bakıda evi uçurulan şəxs özünü doğradı: “Mənim evimi niyə sökdünüz?” (VİDEO)

17.11.2017 - Zeynəb Xanlarova Rasim Balayevin xəstəliyi haqda

17.11.2017 - Ərdoğan: “Putin Qarabağ probleminin həllinə inanmır”

17.11.2017 - Lənkəranskinin qardaşı haqda şok məhkəmə qərarı (Video)

15.11.2017 - Sumqayıtda avtobuslar daşa basıldı

15.11.2017 - Qurban Qurbanovun islahatları istefalarla başladı: Kimlər getdi, kimlər gələcək?

15.11.2017 - Azərbaycanda ünvanlı sosial yardım ləğv olunacaq

15.11.2017 - BAKIDA DƏHŞƏT: İçdiyi araq butulkası ilə özünü öldürdü – TƏFƏRRÜAT

15.11.2017 - Millimizin futbolçusu azarkeşi təhqir edib, söhbətə çağırdı: "Ağıllı ol"

15.11.2017 - Ramil Usubov rəisi təqaüdə göndərdi

15.11.2017 - Zaur Hüseynov bu hadisəyə görə onları cəzalandırdı: Rəisi işdən çıxardı

15.11.2017 - Ceyranbatanda məktəbdə faciəvi dava - araya girən xadimə aldığı xəsarətdən ölüb

15.11.2017 - Pensiyalar necə hesablanacaq? - Nazir detalları açıqladı

15.11.2017 - NİDA-çı gənc həbs olundu

15.11.2017 - Ramiz Zeynalovun böyük imperiyası: Xırdalandakı DYP-dən ucqar Tovuzadək...

14.11.2017 - “Fəzail İbrahimlinin oğlumu gündəmə gətirməyi namərdlikdir” - Adaş deputatlar arasında savaş

Facebook