Füzuli RİHB Alı Alıyev Bakı şəhərində məskunlaşan rayon sakinləri ilə görüşüb

27 sentyabr 2017
Füzuli RİHB Alı Alıyev Bakı şəhərində məskunlaşan rayon sakinləri ilə görüşüb
Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm”, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemləri, təklif və qayğıları ilə maraqlanır.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Bakı şəhərində məşkunlaşmış füzulili məcburi köçkünlərlə görüşüb, söhbət edib, onların problem və qayğılarını dinləyib. Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq rayon ərazisində və rayondan kənarda məskunlaşan məcburi köçkünlərlə görüşlər keçirildiyini bildirib. Qeyd edib ki, vətəndaşlarla yerlərdə keçirilən görüşlərdə əsas məqsəd qaldırılmış problemlərin yaranma səbəblərini, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.
Görüşdə Füzuli rayonundan olan məcburi köçkünlərin müraciət və təklifləri dinlənilib. Bakı şəhərində məskunlaşan rayon sakinlərinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinətin verilməsi ilə bağlı müraciətləri yerində araşdırılıb. Məcburi köçkünlərə dövlət tərəfindən verilən vahid aylıq müavinətin verilməsində və bununla bağlı vətəndaşların müraciətlərinə laqeyd münasibət bəsləməsinə görə rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin vəzifəsində işləyən Hüseynova Ziyafət Çərkəz qızı vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilib.
Alı Alıyev aidiyyəti xidmət təşkilatlarına, icra nümayəndələrinə vətəndaşların müraciətlərinə diqqətlə yanaşmağı, onların ərizə və şikayətlərinə qanunamüvafiq qaydada baxılması ilə bağlı tapşırıq və tövsiyyələrini verib.
Görüşdə məcburi köçkünlər tərəfindən qaldırılan məslələrdən həlli mümkün olanları yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülərək aiddiyati üzrə göndərilmişdir.
Füzulili məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığı bildiriblər, ən böyük arzularının isə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması olduğunu qeyd ediblər.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xəbəriniz olsun

11.12.2018 - Putinə sui-qəsd, Trampın xəstələnməsi, dəhşətli sunami... - Vanqanın 2019-cu il PROQNOZLARI

11.12.2018 - Qurban Qurbanovdan çoxunu təəccübləndirən addım - AFFA-nın pulundan imtina etdi

11.12.2018 - Keçmiş şöbə müdiri od püskürdü: “Sabirabadın başçısı mənə təsir etdirib təkzib yazdırdı, TŞ müdiri isə...”

11.12.2018 - Azərbaycanda rektorlar 5 il müddətinə təyin ediləcək

11.12.2018 - Bakıda direktor arvadını 5-ci mərtəbədən ataraq öldürüb - Təfərrüat + FOTO

08.12.2018 - HACIYEV NİYƏ ŞƏRİFOVLA ÜZLƏŞMƏK İSTƏYİR? – Məşhur vəkil 3,3 milyardlıq borcu açdı + FOTO

08.12.2018 - “Nar”-dan “Samsung Galaxy Note 9” qazanan abunəçi məlum oldu

08.12.2018 - Qurban Qurbanov millidən getdi

06.12.2018 - Ukraynadakı səfirliyimiz Azərbaycan maraqlarının yorulmaz müdafiəçisi rolunda

06.12.2018 - Avropa İnsan Hüquqları Məhkəməsindən Seymur Həzi ilə bağlı qərar - Hökumət 14500 avro cərimələndi

06.12.2018 - Tramp Qafqazda hücuma keçəcək, hədəfdə Ermənistandır...

06.12.2018 - Eks-nazir qardaşından şok addım - Girov saxlayıb, hədə-qorxu ilə 140 min alıb

06.12.2018 - Əhməd Əhmədzadənin “EVRASCON”-la müdhiş işbirliyi - İTTİHAM

Facebook